SON DƏQİQƏ

Koronavirusun yeni növü aşkar edildi

Tarix:19-12-2020, 20:01

Cənubi Afrika Respublikasında (CAR) genetiklər ölkə üçün koronavirusun yeni növ mutasiyasını aşkar ediblər. Virus infeksiyanın ölkə ərazisində yayılmasının ikinci dalğası dövrünə aid hesab olunur.XeberTıme.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb. Virusun 501.V2 adlanan variantı əvvəllər qeydə alınmış digər mutasiyalardan fərqli olaraq daha sürətli yayılır.
Bundan başqa, CAR-ın Səhiyyə Nazirliyinin açıqlamasına görə, 501.V2 birinci dalğa dövrü ilə müqayisədə, yanaşı xəstəlikləri olmasa da, gənc insanlar arasında daha tez-tez ağır formalı COVID-19-a səbəb olur.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ