SON DƏQİQƏ

Mən bir həkim tanıdım- FOTO

Tarix:17-06-2022, 22:55

Mənim onunla tanışlığım gözlənilməz bir anda oldu. 31 dekabr 2021-ci il saat 11:00 radələrində özümü güçlə xəstəxanaya çatdırdım. Güclü öskürək başımı ağrıdırdı. Xəstəxananın dəhlizindən öskürək səsimə otaqından çıxan ağ xalatlı həkimlə rastlaşdım. Məni qeydiyyat otaqına aparıb qeydiyyatdan keçirdi və müayinə etməyə başladı. Həkimin otaqına kecdiyim andan qəribə bir hiss keçirdim sanki bir andaca yüngülləşdim öskürməyimdə səngidi. Boğazımı yoxladı, ciyərlərimi dinlədi və sakit, təmkinli, amiranə baxışlarla gözlərimə baxdı və “gedək rentgen edək ciyərlərinizi”   dedi. Otaqdan cıxıb Flüoroqrafiya otağına tərəf getdik. Sol əlini elə şəfqətlə ciynimə qoymuşdu ki, elə hiss etdimki, bütün ağrılarımı bir andaca yox edeəcək. Flüoroqrafiya otaqından çıxıb yenə onun otaqına qayıtdıq əvvəlki sakit və şəfqətli səsi ilə, mehriban baxışları ilə artıq o, məni müalicə etməyə başlamışdı. “Covid -19” adı məhşurlaşandan hamımız üçün adiləşmiş “test verdin?” sualı artıq həyatımızın ayrılmaz sözü, kəliməsi idi. Həkimin “indiyə kimi test vermisiniz?” sualına “Xeyir!” cavabı verdim. Başqa bir otaqa keçdik yaxma götürdülər məndən. Otaqdan çıxdıq, həkim məni palataya keçirib yerləşməyimi təmin etdi. İlk iynəni o, özü vurdu. Şəfqət dolu baxışları ilə üzümə baxdı, - narahat olmayın tezliklə sağalacaqsınız dedi və qapını astaca örtdü. 
Otaqda tək idim. İlk iynədən sonra bir az rahatlamışdım. Yeni ilin ilk gününü xəstəxanada keçirdiyimə təssüflənirdim. Yad adamlar, yad otaq və neçə-neçə insanın həyatına son qoymuş xəstəlik. Nəhayət testimin cavabı “neqativ” çıxdı. Şəfqət baxışlı həkimim astaca qapını döyüb içəri daxil oldu. Müalicə prosesi haqqında məlumat verib, dərmanlarımın istifadə qaydasını izah etdi. Beləliklədə ömrümün xəstəxanada keçəön 15 gününün ilk gününü belə başladım. Xəstəlik ağır və çətin idi. Tibb bacılarının dəqiq və məsuliyyətli davranışı, həkimin ciddi nəzarəti, hər gün   Naxçıvan Muxtar Respublikası Səhiyyə Naziri Niyazi Novruzovun hər bir xəstəyə  baş çəkməsi, onlarla maraqlanması sanki bir xəstənin tez sağalması üçün vasitələr idi. Hər səhər, hər axşam mehriban tibb bacılarının şəfqətli əlləri, baxışları altında müalicə almaq bir xəstə üçün ən gözəl dərman idi. 
Günlər keçdikcə yaxşılaşırdım. Həkimimin əsil bir həkim kimi mehribanlığı, şəfqətli əlləri, asta, təmkinli danışığı diqqətimi cəkmişdi. Onun adını xəstəxanada olduğum günün ikinci günü öyrənmişdim. öyrənəndən sonra hətta adının mənasınıda araşdırdım. Cünki bir həkim kimi onun simasında yüksək insani dəyərlər görmüşdüm. Və düşünürdüm ki, birb insan, bir həkim heç tanımadığı, ilk dəfə gördüyü bir insana qarşı nə qədər belə mehriban, şəfqətli mülayim ola bilər. Günlər keçdikcə onun bütün insanlara qaqrşı eyni olduğunun çahidi olurdum. Savadlı danışığı, gözəl nitqi, təmkinli hərəkətləri ilə nümunə idi. Xəstəxanada olduğum müddətdə onun çox zəhmətkeş bir insan olduğunu görməməyim mümkün deyildi. Günlər keçir, həkimimin düzgün, dəqiq müalicə proceduru nəticəsini göstərirdi. Mən tamamı ilə sağalmışdım. Yanvar ayının 15-i xəstəxanadan cıxdım. Sanki mehriban bir ailədən ayrılırdım. Hər bir tibb bacısı ilə sağollaşdım, həkimimlə görüşüb xəstəxanadan ayrıldım. Bir jurnalist kimi beynim dolu mövzularla ayrıldım. Evə gəldim və həkimim haqqında məlumat toplayıb onu sizədə tanıtmağı qərara aldım. 
Xeyrənsə Məmmədqulu qızı Babayeva 3 may 1982-ci ildə Naxçıvan şəhərinin Qaracuq kəndində anadan olub. 1988-cu ildə Naxçıvan şəhər 3 nömrəli rus məktəbində birinci sinfə daxil olub. 2000-ci il də NDU-nin Tibb Fakültəsinin Pediatriya ixtisasına qəbul olub. 2006-cı il də univerisiteti bitirib,  2006-2007-ci illərdə  internatura keçərək Yoluxucu xəstəxanada  Həkim infeksionist reanimatoloq işləməyə başlayır.   Sonra Şəhər poliklinikasında infeksion kabinədə işləyir. 2017 -2021 çi illərdə Yoluxucu Mərkəzin baş həkimi işləyir. Bu müddətdə Naxçıvan Muxtar Respublikası üzrə hepatitli xəstələrin reystrini işləyib hazırlamışdır. Eyni zamanda hepatitli xəstələrin dispanzerizasiyasını  hazırlamışdır. 2021-ci ilin iyul ayından etibarən Ağciyər xəstəlikləri dispenserində fəaliyyətini davam etdirir. Artıq 15 ildir ki, həkim kimi fəaliyyət göstərməkdədir.
Mətbuatda, radio, televiziya,  qəzetlərdə sahəsi üzrə məqalələr müəllifidir. Çoxlu sayda seminar konfranslar keçirmiş, akiv fəaliyyət göstərərək ictimaiyyətin rəğbətini qazanmışdır.
Rus, türk, fransız dillərini yaxşı bildiyi üçün xarici təcrübələrdən bəhrələnərək İnfeksion xəstəliklər barede dəyərli məqalələr hazırlamış,  Pandemiya dövründə keçirdiyi təcrübələr uğurlu nəticələrini göstərmiş və böyük rəğbətlə qarşılanmışdır. Pandemiya dövründə corona viruslu  xəstələrin müalicə protokolunu işləyib hazırlamışdır. 
Türkiyədə və Moskvada tibbi təcrübələr keçməsi onun fəaliyyətində daha da böyük rol oynayaraq, apardığı müalicələri uğurla nəticələndirmişdir.  Onun hazırladığı Tibbi bukletlərdın  bütün tibbi   müəssisələrdə istifadə olunur.
Həkimimin haqqında öyrəndiyim məlumatlar, onuhn aktiv fəaliyyəti onun necə bir zəhmətkeş insan olduğundan xəbər verirdi. Bu araçdırıcı tanışlıqdan sonra ona rəğbətim daha da artdı. Məhz elə bu yazınıda bu günə xüsusi olaraq yazaraq onun simasında bütün tibb işçilərinin peşə bayramını təbrik erdirəm. Savadlı, zəhmətkeş həkimlər xalqın dayağı, gələcəyin keşişçiləridir.

Ulduz Eyvaz                                                                                    
“Qızıl Qələm” media mükafatçısı 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ