SON DƏQİQƏ

Nitqi qüsurlu uşaqlar necə müalicə olunurlar

Tarix:21-10-2022, 08:28

Uşaqlarda nitqi qüsur nədən əmələ gəlir ? Bu suallar bu gün hər bir kəsi düşündürür.
Hamiləlk dövründə ana bəzən qorxu, həyəcan keçirdir, şiddətə məruz qalır. Bu da doğulan körpələrdə müəyyən çatlşmazlığa  gətirib çıxardır.
Süni doğuşla və ya mayalanma yoluyla dünyaya gələn körpələr çox vaxt gec danışırlar. Belə körpələr məktəbəqədər uşaq baxçalarında uşaqlarla oynayaraq adabtasiya olunurlar və yavaş- yavaş danışmaga başlayırlar. Anadangəlmə qüsurlu uşaqlarda isə kəkələmə bəzən ömürlərinin axırına qədər davam edir.                                                     

Ölkəmizdə bir çox İçtimai  Birliklər, psixoloqlar, loqopedlər belə uşaqların cəmiyyətə adaptasiga olunmasına çalışırlar. Çox təəssüflər olsun ki, ölkəmizdə  kəkələyən uşaqların müalicəsi  ilə sırf məşğul olan nə bir dövlət xəstəxanası, nə də bir özəl klinika  fəaliyyət göstərmir. Mənə elə gəlir ki, bu sahə üzrə təcrübəli həkimlər hazırlanmalıdır. Belə ki, ixtisaslı həkimlərimiz  xarici ölkələrin qabaqcıl tibb müəssisəlırində təcrübə keçərək dünya praktikasından mütəmadı   olaraq bəhrəlınməlidirlər.                                    
Dövlət xəstəxanası olmadığına görə xəstələr pullu mərkəzlərə və psixoloqlara üz tuturlar.   
Lakin bu da istənilən  nəticəni vermir. 
Bu isə ona gətirib çıxardır ki, uşaqlar ömrü boyu əziyyət çəkməli olurlar.
Yaxşı olar ki, Azərbaycanda nitqi qüsirlu xəstə uşaqlar üçün Dövlət xəstəxanaları fəaliyyət göstərsin. Cünkı aztəminatlı ailələrin əksəriyyəti imkansızlıqdan özəl mərkəzlərə, xarici ölkələrə  müraciət edə bilmirlər. Odur ki, nitqi qüsurlu insanlar üçün xəstəxanaların açılması olduqca vacibdir.

Mahirə İsmayılova 
Psixoloq- loqoped.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ