SON DƏQİQƏ

Zəhərlənən şagirdlərdən birinin vəziyyəti ağırdır - TƏBİB

Tarix:6-04-2023, 15:06

TƏBİB 20 saylı məktəb-liseydə zəhərlənən şagirdlərin sonvəziyyətini açıqlayıb.
XeberTıme.az  xəbər verir ki, zəhərlənmə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub. Təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə cəlb edilib:
 
"6 nəfər (4-ü qadın, 2-si kişi cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib. Onlardan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərə (vəziyyətləri qənaətbəxş) tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində, 1 nəfərə (vəziyyəti ağır qiymətləndirilir) Reanimasiya şöbəsində zəruri tibbi xidmətlər göstərilir", - rəsmi məlumatda deyilir.
 
Qeyd edək ki, aprelin 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseyin şagirdləri arasında kütləvi zəhərlənmə olub.

“XeberTıme.az"

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ