SON DƏQİQƏ

Azərbaycana qızılca ilə bağlı vaksinlər gətiriləcək

Tarix:18-12-2023, 22:55

Azərbaycana qızılca ilə bağlı ilin sonunadək orta və yaşlı şəxslər üçün vaksinlər gətiriləcək. 
XeberTıme.az  xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
 
Onun sözlərinə görə, vaksinlərin gətirilməsini Səhiyyə Nazirliyi təşkil edəcək.
İcraçı direktor həmçinin bildirib ki, hazırda ölkə epidemioloji durum stabildir:
 
"Hazırda ölkə epidemioloji durum stabildir, narahatlığa heç bir əsas yoxdur", - o qeyd edib.
 
V.Qurbanov bildirib ki, istər xəstəxanalar, istərsə də tibb müəssisələr prosesə tam hazırdır:
 
"Həm regionlarda, həm də Bakıda fəaliyyət göstərən infeksion, reanimasiya şöbələri tam hazır vəziyyətdədir. Çarpayı fondu xəstə sayına uyğun artırıla və ya azaldıla bilər. Ümumilikdə, epidemioloji durumla əlaqəli hər hansı çətinlik və problem yoxdur. Vətəndaşlarımız qorxmasınlar, qızılca ilə əlaqəli uşaq və yaşlı əhalidə hər hansı simptom müşahidə edilərsə, dərhal xəstəxana və ya digər tibb müəssisələrinə müraciət edə bilərlər. Çünki bəzən evdə düzgün aparılmayan müalicə effektsiz ola bilər. Pasiyentlərin müalicəsi yüksək ixtisaslı peşəkar mütəxəssislər tərəfindən həyata keçiriləcək ki, heç bir fəsad, yaxud ölüm halı olmasın".

XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ