SON DƏQİQƏ

"Vətənimə sevgimi işimi ən yüksək səviyyədə yerinə yetirməklə sübut edə bilərəm" Oftalmoloq-Məhəmməd Vəliyev

Tarix:7-01-2024, 15:56

BU GÜN İNSANLARA İŞIQLI DÜNYANI GÖRMƏKDƏ ƏLİNDƏN GƏLƏNİ ƏSİRGƏMƏYƏN İŞIQLI İNSANIN DOĞUM GÜNÜDÜR. Oftalmoloq Məhəmməd Vəliyev 1986-cı ilin 7 yanvar tarixində NMR Babək rayonunun Nehrəm kəndində anadan olub. Orta təhsilini həmin kənddə alıb. Azərbaycan Tibb Universitetinin məzunudur. Universiteti bitirdikdən sonra Naxçıvanda fəaliyyətə başlayıb. Daim axtarışda olan gənc həkim Türkiyə Respublikasını bir sıra şəhərlərində təhsil alaraq bilik və bacarıqlarını daha da inkişaf etdirib. 3 dəfə Hindistanda canlı cərrahiyyə  kurslarında iştirak edib. Afrikada humanitar yardım layihəsində iştirak edərək 250-dən çox uğurlu əməliyyatlar edib. Hal-hazırda Naxçıvan Diaqnostika Mərkəzində fəaliyyət göstərir.  
Doğum günü münasibətilə Oftalmoloq Məhəmməd Vəliyevi səmimi qəlbdən təbrik edir, ona bu şərəfli və qürurlu məsləyində sonsuz uğur və nailiyyətlər arzu edirik. 
Doğum gününüz mübarək insanların işığına işıq qatan insan.  
Ulduz Eyvazqızı

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ