Özünü həkim sənətinə həsr edənlər ən qiymətli insanlardır...
30.07.2024-ci il tarixində saat 00:33- də İsgəndərovlar ailəsinin Aylin adlı övladı dünyaya gəldi.
Sumqayıt şəhər sakini aztəminatlı ailənin xanımı Günel İsgəndərova Sumqayıt şəhər 2 saylı doğum evinin cərrah mama-ginekoloqu Təranə Əzizovaya hamiləliyinin bir neçə ayından müraciət etmişdir. Ondan məsləhətlər aldı, müayinə və müalicələrini vaxtında götürdü və doqquz ayı tamamladı.
Sumqayıt şəhər 2 saylı doğum evinin cərrah mama-ginekoloqu Təranə Əzizova xoş təsürratlarını və sevincini “XeberTıme.az”-la bölüşdü:
- Yeganə xanım həkim peşəsi çox nəcib və məsuliyyətli bir işdir, çünki insanların sağlamlığı, hətta bəzən həyatları həkimdən asılı olur. Bəli illərdi sevdiyim peşənin sahibiyəm və peşəmdə neçə-neçə ailələri sevindirmişəm. Mənə müraciət edən 32 yaşlı Günel xanımın dördüncü hamiləliyi idi. Sonuncu uşağın doğuşundan xeyli illər ötmüşdür, ana çətin hamiləlik dönəmi yaşadı, ayağında, bədənində şişi çox idi, bir sözlə çox riskili hamiləlik idi. Uşaq qesəriyyə yolu ilə dünyaya gəldi, çəkisi 3 kq 800 qram, boyu 52 sm-dir. Şükürlər olsun ananında, övladınında vəziyyəti yaxşıdır.
Bizdə “XeberTıme.az” Analitik İnformasiya Portalı olaraq əlləri şəfalı, gözləri qayğıkeş mama-ginekoloq Təranə Əzizovaya və Sumqayıt şəhər 2 saylı doğum evinin bütün tibbi heyətinə öz minnətdarlığımızı bildiririk.
Yeganə Telmanqızı
XeberTıme.az