SON DƏQİQƏ

Həkim adını uca tutan fədakar tibb işçiləri-FOTO

Tarix:20-02-2025, 10:36

Həkim peşəsi, həkim adı ən uca zirvədi, çünki özümüzün, əzizlərimizin, yaxınlarımızın sağlamlığını məhs biz onlara etibar edirik.                 
Tanınmış teleaparıcı Xuraman Aydının anası yaxın günlərdə ağır vəziyyətdə 2 saylı Sumqayıt şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirildi. Burada çalışan tibb işçiləri anaya xüsusi qayğı və diqqətlə yanaşdılar. Xuraman xanım təşəkkürünü bizim sayıtla bölüşdü:                                                                   

- Anam çox ağır vəziyyətdə 2 saylı Sumqayıt şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirildi. Neçə gündü məndə anamı ziyarət edirəm, burada çalışan tibb işçiləri xəstəxanada yatan hər bir xəstəyə fərdi yanaşaraq onlara ana-bacı qayğısı göstərirlər. Xəstəxanın baş həkimi Arzu Bəndəliyeva başda olmaqla Reanimatoloq Cavid Qarayev, Ruhiyyə xanım, tibb işçi heyyəti Könül xanım, Rəna xanım, Yeganə xanım, Sevda xanım, Elnarə xanım, Rəhilə  xanım, Sevil xanım hər birinə öz sonsuz təşəkkürümü bildirirəm. Burda heç bir xəstə sağalmaya biməz şəfalı əllər, qayğı, diqqət hər bir gözəllik burada birləşib. 
Bizdə “XeberTıme.az” İnformasiya Portalı olaraq 2 saylı Sumqayıt şəhər xəstəxanasının baş həkimi Arzu Bəndəliyevaya və tibb heyyətinə öz təşəkkürümüzü bildiririk, Xuraman xanımın anasına və bütün xəstələrə Uca Yaradandan şəfa diləyirik. 



    
Yeganə Telmanqızı                                    
XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ