SON DƏQİQƏ

Şərəfli peşə sahibləri və sədaqətli and- FOTOLAR

Tarix:23-02-2025, 21:21

İnsan üçün ən böyük sərvət sağlamlıqdır. Səhhətimizdə kiçik narahatlıq hiss etdiyimiz anda sağlamlığın həyatımızda nə qədər əhəmiyyətli olduğunun fərqinə varırıq. Bu əvəzolunmaz sərvətin keşiyində dayananlar isə, təbii ki, tibb işçiləridir.    Peşəsini layiqincə davam etdirən tibb işçilərimizin nə qədər müqəddəs və şərəfli işi öz öhdələrinə götürmələrini təxmin etmək o qədər də çətin deyil. Xəbər verdiyimiz kimi tanınmış teleaparıcı Xuraman Aydının anası yaxın günlərdə ağır vəziyyətdə 2 saylı Sumqayıt şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirildi. Səhətində yaranan problem baradə mütamadə olaraq Xuraman xanımla telefon əlaqəsi saxlayıram və Ağca ananın  səhəti ilə maraqlanıram. Xuraman xanım anasının yatdığı  2 saylı Sumqayıt şəhər xəstəxanasının tibb işçilərindən, həkimlərindən o qədər razılıq edib deyir ki,  “bu qarlı, çovğunlu havada hamı bir nəfər kimi iş başındadır. Çöldə soyuq içəridə isti qayğını hiss etməmək olmur. Şükürlər olsun artıq anamın səhəti yaxşılığa doğru gedir, bu da göydə Allah yerdə 2 saylı Sumqayıt şəhər xəstəxanasının tibb heyyətinin zəhməti və qayğısının bəhrəsidir. 2 saylı Sumqayıt şəhər xəstəxanasının baş həkimi Arzu xanım Bəndəliyevaya və bütün tibb heyətinə ailəm adındandan, yaxınlarım, dostlarım adından sonsuz təşəkkürümü bildirirəm.”                     

Bizdə “XeberTıme.az” sayıtı vasitəsi ilə xəstəxanın baş həkimi Arzu Bəndəliyevaya, həkimlərdən: Malik Səfərliyə, Sevil Mehdiyevaya, Rəhilə Bayramovaya, Elnarə Abbasovaya, Ruhiyyə Əliyevaya, baş tibb bacısı Ramilə Şirəliyevaya, tibb bacılarından: Nərminə Süleymanova, Gülnarə Xəlilovaya, Aytən Məmmədovaya,  Lalə Allahverdiyevaya, Rəna Nadirovaya öz təşəkkürümüzü bildiririk 
Allah şəfa versin! 




Yeganə Telmanqızı 
XeberTıme.az  
     

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ