Psixoloq, aparıcı Ülviyyə Murtuzovanın təqdimatında “Sənin Seçimin” verlişi həftə içi 5 gün saat 19:00-dən 20:30-dək MTV Azərbaycanın canlı efirində yayımlanır.
04.06.2025-ci il tarixində efirə gedən “Sənin Seçimin” verlişində "Boşanma problemləri nədən qaynaqlanır. Gənclər evlənərkən nələrə diqqət yetirməlidir, mülklərin bölünməsi necə nizamlanır" mövzusu haqqında danışıldı.
Məhəbbət Dəmirçiyevanın "Aforizmlər" kitabının təqdimatı oldu.
Bakı şəhər və Azərbaycanın müxtəlif bölgələrindən efirə zəng vuran tamaşaçı sualları cavablandırıldı, problemləri müzakirə olundu.
Verlişin qonaqları:
1. Məhəbbət Dəmirçiyeva- BDU Hüquq fakültəsinin Mülki hüquq kafedrasının müdiri, hüquq elmlər doktoru, professor/
2.Elmir Əkbər- Həkim, psixiatr, psixoterapevt.
Yeganə Telmanqızı
XeberTıme.az