Şəfalı əllərin sahibi Yetkin Əliyev bu gün də xeyirxah missiyasını davam etdirərək aztəminatlı ailələrin övladlarını sünnət əməliyyatı etdi.
Müqəddəs Ramazan ayını yaşayırıq. Bu ay mərhəmət və birlik ayıdır. 02.03.2026-ci il tarixində Sumqayıt şəhər uşaq xəstəxanasında sünnət aksiyası keçirilib: Dəmirov Tofiq Şahin oğlu (4 yaş), Əlizadə Altay Kamal oğlu (2 aylıq), Əhmədov Balacay Vüsal oğlu (5 yaş) sünnət əməliyyatı olundu. Həkim Yetkin Əliyevin peşəkarlığı, humanist yanaşması və insanlara olan diqqəti hər zaman nümunədir.
Sumqayıt şəhər Uşaq Xəstəxanasının cərrahiyyə şöbəsinin dəyərli tibb kollektivi də bu nəcib işdə böyük əməklə iştirak etdi. Sünnət əməliyyatı uğurla başa çatıb, uşaqların səhətində heç bir problem yaranmayıb.
Allah Yetkin həkimdən və bütün tibb heyətindən razı olsun. Etdikləri xeyirxah əməl valideynlərin qəlbində sevinc, uşaqların həyatında isə sağlam gələcək deməkdir.
Bizdə “XeberTıme.az” İnformasiya Portalı olaraq uşaq cərrahı Yetkin Əliyevə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.






Yeganə Telmanqızı
XeberTıme.az