SON DƏQİQƏ

Xeyirxahlığı ilə tanınan həkim-FOTOLAR

Tarix:13-03-2026, 22:16

Xeyirxahlığı ilə tanınan həkim-cərrah Yetkin Əliyev növbəti dəfə humanist  addım ataraq aztəminatlı ailələrin övladlarını sünnət əməliyyatı etdi. 
12.03.2026-ci il tarixində Sumqayıt şəhər uşaq xəstəxanasında sünnət aksiyası keçirilib: Məmmədov Murad Habil oğlu (9 yaş), Məmmədov Uğur Habil oğlu (5 yaş), Musayev Tural Eldəniz oğlu (9 aylıq) sünnət əməliyyatı olundu. Sünnət əməliyyatı uğurla başa çatıb, uşaqların səhətində heç bir problem yaranmayıb.  
 Həkim-cərrah Yetkin Əliyevin peşəkarlığı, humanist yanaşması və insanlara olan diqqəti hər zaman nümunədir.
 
Müqəddəs Ramazan ayını yaşayırıq. Bu ay mərhəmət, xeyirxahlıq və birlik ayıdır. Ramazan ayının mənəvi dəyərlərini yaşadan xeyirxah bir addım olaraq həkim-cərrah növbəti aksiyasında aztəminatlı ailələrin uşaqlarını sünnət edərək onlara sevinc bəxş etdi. Bu nəcib təşəbbüs həm xeyirxahlığın, həm də insanlara xidmətin gözəl nümunəsidir.
Bu xeyirxah əməl valideynlərin qəlbində sevinc, uşaqların həyatında isə sağlam gələcək deməkdir.
Sumqayıt şəhər Uşaq Xəstəxanasının cərrahiyyə şöbəsinin dəyərli tibb kollektivi də bu nəcib işdə böyük əməklə iştirak etdi.

Bizdə “XeberTıme.az”  İnformasiya  Portalı olaraq uşaq cərrahı Yetkin Əliyevə, və bütün tibb heyətinə öz minnətdarlığımızı bildiririk.


Yeganə Telmanqızı 
XeberTıme.az
 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ