SON DƏQİQƏ

Vətən uğrunda şəhid olmaq qədər dadlı və şərəfli ölüm varmı? +FOTOLAR\VİDEO

Tarix:1-12-2020, 23:37

“Ağlayıb Eləmirsən! Ağlasan Məndən İncimə...” məşhur kəlmələrinin müəllifi Vüsal Allahverdiyevin ailəsini ziyarət etdik.  
Şəhidimizi tanıyaq: 

Vüsal Tahir oğlu Allahverdiyev 1988-ci il 16 avqust Qubadlı rayonunda sadə azərbaycanlı ailəsində dünyaya gəlmişdir. 1993-cü ildə erməni düşmənləri Qubadlını işgal edir və Allahverdiyevlər ailəsi torpaqlarında məcburi köçkün olaraq Sumqayıt şəhərinə gəlirlər. Hələ onda Vüsalın 5 yaşı, bacısı Günayın 4 yaşı olur. İlk orta təhsilini Vüsal 1994-2006-cı illərədə  Sumqayıt şəhər 23 saylı tam orta məktəbdə alır. təbiətcən sakit olan bu oğlan dərs əlaçısı idi. Ən çox maraqlandığı dərs tarix dərsi, tarixi şəxsiyyətlər, türkcülük, turan ordusunun yaranması, tarixi və fəaliyyəti olur. Daima tarixi kitablar mütaliə edir, tarixçi olmaq istəyirdi Vüsal. Lakin tale elə gətirir ki orta məktəbi bitirəndən sonra Azərbaycan Kaperasiya Unverstersitetinin mühasib ucotu fakültəsinə daxil olur. 2010-cı ildə unverstersiteti əla qiymətlərlə başa vurur və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı Rayon bölməsindən həqiqi hərbi xidmətə çağrılır. Gəncə N saylı hərbi hissədə xidmət edir və dəfələrlə hərbi hissənin kamandirinə bildirirki “Mən döyüş bölgəsində xidmət etmək istəyirəm, bu mənim ən böyük arzumdur”. Lakin bu arzu olaraq qalır. 2011-ci ildə Vüsal Allahverdiyev həqiqi hərbi xidmətini başa vurur böyüyüb boya-başa  çatdığı Sumqayıt şəhərinə qayıdır. Zamanla müxtəlif idarələrdə çalışır: Beləki, mühasib kursunu oxuyur və ilk iş fəaliyyətinə Bakı şəhəri Unibankda  kredit mütəxəsisi vəzifəsi ilə başlayır 3 il burada çalışdıqdan sonra  öz ərizəsi ilə işdən azad olur, Sumqayıt şəhər  Təmizlik Departamenti MMC-də 4 aya yaxın mühasib köməkçisi işləyir. Əsas ixtisası bank sektorunda olduğu uçun 2 ilə yaxın Kantakt Home mağazalar şəbəkəsində kredit mütəxəsisi kimi çalışır. Sonra imtahan verib yüksək  nəticə yığaraq Bakı Kapital bankına filial müdiri təyin olunur və ömrünün son günlərinə qədər burada çalışır.                                                          
Atası Tahir Allahverdiyev I Qarabağ, əmisi Mahir Allahverdiyev II Qarabağ döyüşlərinin iştirakçısı olub. İyun ayında Tovuz istiqamətində gedən ağır və qızgın döyüşlərdə iştirak etmək üçün Vüsal könüllü Səfərbərlik idarəsinə ərizə ilə müraciət edir. 27 sentyabr ikinci Qarabağ müharibəsi başlayan günündən işdən azad olur “Vətən dardı” deyib yenədə könüllü Sumqayıt və Qubadlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarəsinə ərizə ilə müraciət edir və dəfələrlə onu cəbhəyə aparılmasını xahiş edir. Oktyabrın 1-də sevinə-sevinə cəbhəyə yola düşür və son görüşündə  anası Hicran xanıma deyir: “Ağlayıb Eləmirsən! Ağlasan Məndən İncimə...”     

Dostları, qohumları, yaxınları Vüsalı alqışlarla cəbhəyə yola salırlar. İlk döyüş yolu Cəbrayıl, Füzuli, Xocavənd olur. Döyüş zamanı bir neçə döyüşcünü mühasirədən çıxarır. Döyüşçü yoldaşları deyir: “Vüsal bizi döyüşə ruhlandırır, bir işin axrı şəhidlikdisə niyə qorxmalıyıq?"                      
Cəbrayıl rayonu uğrunda gedən döyüşdə Vüsalın tağım komandiri yaralanır və onu Vüsal döyüş meydanından çıxardır. Komandiri deyir:  “onsuz da mən şəhid olacam məni qoy get”.Vüsal cavabında deyir ki, “ikimiz bir yerdə şəhid olacıyıq yada sizi burdan çıxardacam.” Deyir və sözünə əməl edərək onu mühasirədən çıxardır.
2020-ci il 30 oktyabr saat 11:00-da... Fizuli Xocavənd istiqamətində həyata keçirilən hücum zamanı  Vüsal Allahverdiyev üzbəüz döyüşdə 4 güllə yarası alıb şəhidlik zirvəsinə ucalır. 
Böyük hörmət və ehtiramla 30 oktyabr Sumqayıt şəhər Şəhidlər Xiyabanında torpağa tapşırıld və nəşi sevdiyi Vətən torpağına qarışdı.  Şəhidin dəfn mərasiminə Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri,  əməkdaşları, şəhər ictimayyəti, Sumqayıt şəhər icra hakimiyyətinin nümayəndələri qatıldı. Subay idi                        

                          
Anası Hicran Alıyevaya nə qədər ağır, çətin olsada bizimlə həmsöhbət oldu:                                                                                          
- Vüsal Bakıya toya, gəzməyə və yaxud hər hansı bir işin dalınca gedəndə ilk ziyarət etdiyi yer Şəhidlər Xiyabanı olurdu və burada özünə təskinlik tapırdı. Qohum, qonşu, dost arasında özünün xüsusi hörmətini qazanmışdır, heç kim bu günə qədər ondan inciməmişdir.                                                                 
Yeganə xanım bir sözün heç unutmuram: “Mən qəhrəman olacam! Qubadlının alınmasında mənimdə iştirakım olacaq. Ata, baba torpağımı təbii ki, mən almalıyam”. Hər gün telefonla danışırdıq və hər gündə deyirdi ki, “Siz özünüzə yaxşı baxın, məndən narahat olmayın. Başını dik tut, qürurlu ol ay ana mənlə fəxr et!” O, hər zaman mənim fəxr yerim oldu və bu gün bütün Azərbaycan xalqı Vüsal və onun timsalında olan şəhidlərlə fəxr edir. Çox istəyirdi uca zirvədə ola və qanıyla, canıyla qazandı o zirvəni.  

Ən yaxın dostlarından biri  Məmmədli Vüqarla Vüsal Allahverdiyev haqqında xeyli söhbət etdim və vətənini, xalqını canı qədər sevən Vüsal haqqında o qədər gözəl xatirələr danışdı:

- Vüsal vətəninə, elinə bağlı bir oğul, etibarlı dost idi. Bu torpaq sıradan bir torpaq deyil, minlərlə şəhidimiz bu torpaq üçün canını fəda etdi. Vətənini canı, qanı qədər sevirdi Vüsal.                                                                                 
Ən yaxın dost idik ağlı kəsəndən bəri daima vətəni, el obasını, xalqını düşündü. Peşəsində olduqca savadlı kadr idi, onunla bir müddət nüfuzlu şirkətlərin birində çalışmışdıq. 27 sentyabr Azərbaycanda müharibə başlayan günündün nə gündüzü var idi, nə gecəsi. Daima Şəhidlər Xiyabanında şəhid məzarlarını ziyarət edirdi. Şəhidlik ən böyük arzusu idi, ən  böyük arzusuna çatdı Vüsal qardaşım. Hər şəhid qəbri torpağa vurulan əbədi möhürdür…                     
Ruhuna borcluyuq...

2014-ci ildə Vüsal öz facebook səhifəsində özəl bir sual cümləsi yazır və bu cümlənin cavabını şəhadəti ilə tamamlayır: ”Vətən uğrunda şəhid olmaq qədər dadlı və şərəfli ölüm varmı?”                                                                                    
Tarixi şəxsiyyətləri özünə ideal seçən qəhrəman bu gün qəhrəmanlıq tarıxındə şəxsiyyət olaraq  şanlı qələbə tarixini yazdı. 
Nur içində yatasan əbədi yaşar şəhid qardaşım!


Qəhrəmanlarımızı   unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı 
“XeberTıme.az”
  

 
 
 
 
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ