İkinci Qarabağ savaşı şəhidləri arasında az sayda da olsa məmur övladları da var. Onlardan biri Yüksəl Əlizadədir.
XeberTıme.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Bildirilir ki, şəhid Yüksəl Əlizadə özü Gəncə Şəhər Prokurorluğunda işləyib və müharibə başlayan kimi könüllü döyüşə yollanıb. Kəşfiyyatçı olub.
Qeyd edilir ki, Yüksəlin atası İlqar Əlizadə prokuror olub. Qardaşı hazırda da prokurorluqda böyuk müstəntiq vəzifəsindədir. Anası isə Gəncə Dövlət Universitetində kafedra müdiridir.