Doğulduğu Cəbraylda, qanın axdığı Qubadlıda, bayraq sancdığı Xudafərin körpüsündə indi canı qədər sevdiyi bayrağımız dalğalanır.
44 günlük Vətən müharibəsidə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarix yazan şanlı Azərbaycan Ordusu düşməni darmadağın etdi. Bu tarixi qanı ilə yazan qəhrəmanlarımızdan biri Qaradağ rayonunun Müşfiq qəsəbəsində yaşayan mayor Elsevər Paşayevin ailəsini ziyarət etdim.
Şəhidimizi tanıyaq:
Elsevər Vaqif oğlu Paşayev 1988-ci ildə iyul 1-də Cəbrayıl rayonu Qovşudlu kəndində müəllim ailəsində dünyaya gəlmişdir. 1993-cü ildə Cəbrayıl rayonunda məcburi köçkün düşən ailə Beyləqan rayonunda Milabad qəsəbəsində yerləşən mədəniyyət klubunda məskunlaşır. İlk orta təhsilini Cəbrayıl rayonu Qovşudlu natamam kənd məktəbində alır. Evdə atası Vaqif kişidən hər zaman eyni söz eşidir “mənim oğlum hərbiçi olacaq və bizim işğal olunmuş torpaqlarımızı geri qaytaracaq...” Dərslərində əlaçı olan və 5 yaşından məcburi köckün həyatı yaşayan Elsevər hər zaman düşməndən qisas alaraq torpaqlarımızın geri qaytarılması baradə fikirləşir və arzulara doğru gedir. 2003-cü ildə C. Naxçıvanski adına hərbi liseyə qəbul olur və buranı əla qiymətlərlə bitirərək H. Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. Ali Hərbi Məktəbi bitirdikdən sonra leytenant rütbəsində Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə ilk iş fəaliyyətinə başlayır və 3 il burada işləyir.
Sonra Bakıda yerləşən müxtəlif Sülhməramlı Qüvvələrinin hərbi hissələrində çalışır. Respublikanın müxtəlif rayonlarında yerləşən “N” saylı hərbi hissələrdə zabit kimi hərbi xidmətini davam etdirib. Elsevər, aktiv şəkildə idmanla məşğul olub, ümumən həmişə öz fiziki, mənəvi-psixoloji hazırlığı ilə seçilib.
2013-ci ildə baş leytenant rütbəsini, 2017-ci ildə isə kapitan rütbəsini alır. 2020-ci ilin oktyabr ayında “Vətən Müharibəsində” göstərdiyi şücaətə görə vaxtından əvvəl mayor rütbəsi alır. Elsevər Paşayev olduqca savadlı kadr idi, ingilis və rus dillərini mükəmməl bildiyi üçün tez-tez xarıcı ölkələrdə Cexiyada, Almanyada, Türkiyədə, İngiltərədə, Macarıstanda, Bolqarıstanda, Əfqanıstanda hərbiçilərə təlimlər keçir. 2016-cı ildə Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin alınmasında onun müstəsna rolu olur. Ən çox sevdiyi idman növü futbol olur və vaxt tapdıqca komanda yığaraq futbol da oynayırdı. Hansı ölkəyə gedirdisə mütləq cantasında “Qarabağ” futbol klubunun formasını götürüdü ki, xarici ölkədə hədiyyə verərək Qarabağı tanıtsın.
2020-i il sentyabrın 27-də Azərbaycan Böyük Vətən Müharibəsi başlayınca Elsevər Paşayevdə da ilk günlərdən döyüşlərə atılır. Sentyabrın 26-da gecə saat 03:00 radələrində hazırlaşıb evdən çıxarkən dizi üstündə yeriyərək qızları Nərmin və Banunu öpüb evdən çıxır, bu onun son gedişi olur...
Cəbrayılın, Füzulinin, Qubadlının, Zəngilanın bir sıra kəndlərini düşməndən təmizlənməsində xüsusi xidmətlər göstərib. Mayor Paşayev Xudafərin körpüsünə ilk bayraq sancanlardan biri olub. Döyüşdə qərargah rəisi vəzifəsinə seçilir.
2020-ci il 21 oktyabr...Qubadlının Sarıyataq kəndində minaya düşür və mina ayağını aparır. Ağcabədi rayonunda hərbi hospitala gətirilir, boyun, boğaz və qarın nahiyyələrində qəlpələr olur. 4 gün komada qalan mayor Paşayev 24 oktyabr qəhrəmancasına 32 yaşında şəhidlik zirvəsinə ucalır. Azərbaycan Ordusunun şəhid olan mayoru Elsevər Paşayev ikinci Fəxri Xiyabanda dəfn olunub. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı mayor Elsevər Paşayevin xidmət etdiyi hərbi hissənin tabor komandirləri, şəhidin əsgərləri, zabitləridə qatıldı. Məzarının yanında öz arzu ilə futbol topu qoyulub.
2012-ci ildə sevib-seçdiyi Xəyalə xanımla ailə həyatı qurur, 6 yaşında Nəzrin, 3 yaşında Banu adlı qızları vətənə yadigar qaldı.
Xidmət zamanı bir sıra beynəlxalq və qiymətləndirmə diplomlarına, sertifikatlara, fəxri fərmanlara, təşəkkürnamələrə, medallara layiq görülən Elsevər öz davranışı ilə həmişə seçilib, əsgərlərinin sevimlisi olub. Elsevər Paşayev şəhid olduğu günədək Ali Baş Komandanın müvafiq fərmanları ilə bir çox təltiflərə layiq görülüb:
2008-ci ildə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi” (1918-2008) yubley medalı.
2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” (1918-2020) yubley medalı.
2017- ci ildə “Qüsursuz Xidmətlərə görə” 3-cü dərəcəli medalı.
2013-ci ildə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi” yubley medalı.
Əfqanıstan İslam Respublikasında 6 aylıq kurs medalı
Snayper kurslarını əla bitirdiyinə görə “Snayper üzrə mütəxəsis” medalı.
Ömür gün yoldaşı Xəyalə xanım Elsevər haqqında xatrələrini bizə danışdı:
- Yeganə xanım bir gündə olsun ondan incimədim. Elsəvər dəyərli oğul, qayğıkeş ata, etibarlı həyat yoldaşı, yüksək keyfiyyətlərə malik insan idi. Hansı ölkəyədə getsə mütləq Azərbaycanın bayrağını, Azərbaycanı təmsil edən suvinerlər özü ilə aparırdı. Hər zaman digər dövlətlərdə Azərbaycanı tanıdırdı və Azərbaycanlığı ilə qürur duyurdu. Bayrağımızı hər bir ölkədə tanıdan hərbiçi idi. Bu həyata birdə gəlsəydim ömür-gün yoldaşımı yenə Elsevəri seçərdim!
Əsl zabit şərəfi, zabit ləyaqəti ilə davranırdı hər kəsə. Hər dəfə də danışanda deyirdi, “hər şey ola bilər, sən zabit yoldaşısan, nə olsa da, ağlama”..!” Bu gün mənim və qızlarımın fəxr yeridir Elsevər! Vətənə sevgisi son dərəcə böyük idi və ədəbiyyat sevgisindən doğmuşdur, boş vaxtlarında seirdə yazmağı sevirdi.
Sən anamızsan bizim,sənlə vurur qəlbimiz
Nə qədər dözmək olar, daha yoxdu səbrimiz
İgidə meydan gərək, meydan istəyirik biz
Sənin üçün hazırıq keçməyə canımızdan
Azad olacaq yenə gul- çiçəkli Qarabağ
Silinəcək sinəndən necə yara,necə dağ
Qoy kömək olsun bizə böyük,ulu yaradan
Həmişə yaşa, var ol ey doğma Azərbaycan!
Qaynı Vüqar Məmmədli Elsevər haqqında fikirlərini bizimlə bölüşdü:
- Elsevər mənim həm yeznəm həm qardaşım, həm də dostum idi. Yüksək mədəniyyətə malik insan, savadlı hərbiçi, gözəl ailə başçısı idi. Hərbçi yoldaşlarının verdiyi bilgiyə görə, Vətən sevdalı peşəkar zabitimiz özü, döyüş bölgəsində son nəfəsinədək qəhrəmancasına vuruşub. 380 əsgərimizi Elsevərin planı ilə 5 nəfər şəhid vermədən düşmənin silahlı qüvvələrinin mühasirəsindən çıxarılmasında xüsusi xidmətlər göstərib. Bu, həm hərbi tapşırıq idi, həm də öz könlünün tapşırığı. O, belə tərbiyə almışdı – həm evdə, həm hərbi məktəbdə…
Əlbəttə, övladları atalarına görə qürurla yaşayacaq, qürurla anacaqlar adını!
Elsevər bu dünyadan adını doğruldaraq getdi... Getdiyi yerin cənnət olduğunu bilirik…
Nur içində yatasan əbədi yaşar şəhid qardaşım!
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
Yeganə Telmanqızı
“XeberTıme.az”