SON DƏQİQƏ

Bu gün şəhid leytenant Ülvü Məhərrəmovun doğum günüdür- FOTOLAR

Tarix:6-07-2021, 00:39

44 günlük müharibədə tarix yazan Azərbaycan qəhrəmanı yeni yaşın mübarək! 
Təddbir Sumqayıt şəhər Şəhidlər Xiyabanında şəhidlərin məzarlarını ziyarəti ilə başladı. Əvvəlcə Vətən uğrunda canını qurban verən cəmi şəhidlərimizin ruhlarına dualar oxunaraq  Allahdan onlara rəhmət diləndi. Sonra şəhidin məzarı üstündə şəhidin anası Xatirə xanım, atası Tahir müəllim, Vətən müharibəsi qazisi Həsən,Yaqubov, yaxınları, Qubadlı rayon icra hakimiyyətinin nümayəndələri, din xadimləri Ülvü haqqında xoş xatirələrindən və döyüş yolundan danışdılar.  
Şəhidin ailə üzvüləri, doğmaları Ülvünün keçdiyi şərəfli yolundan söhbət açaraq oğulları ilə fəxr etdiklərini bildirdilər. Vətənpərvər şagirdlərimiz İlahə Nəbiyeva və Fərid Dərgahquliyev şəhidlərdən, vətəndən, şəhid analarından, bəhs edən şeirlərlə çıxış etdilər.   
Sonda ənənəmizə sadiq  olaraq “Ümid” Xeyriyyə Cəmiyyəti”nin rəhbəri Raya Məlikova və “XeberTıme.az” informasiya portalının rəhbəri Yeganə Telmanqızı Xatirə Məhərrəmovanı “Şəhid Anası” fəxri diplomu ilə təltif edərək şəhidin şəxsi guşəsi üçün hədiyyə təqdim etdilər.   


Hər zaman şəhid ailələrinin yanında olaraq onların dərdinə şərik olan  olaraq “Ümid” Xeyriyyə Cəmiyyəti”nin rəhbəri Raya Məlikova öz fikirlərini bizimlə bölüşdü:                        
- Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb, torpaqlarımız işğaldan azad olunub. Bu gün biz hər bizimiz peşəmizdən aslı olmayaq şəhid ailələrinin yanında olaraq onlara dəstək olmalıyıq. Şəhidlər və onların ailələri bizim fəxrimizdir. Şəhidlər 44 günlük Vətən müharibəsində qanları ilə tarix yazaraq bizlərə əvəzolunmaz Zəfər tarixini yaşatdılar. Azərbaycan xalqı Vətən oğullarımızla qürur duyur. Allah cəmi şəhidlərimizlə rəhmət eləsin!
 

Sənsiz keçən 24 yaşın mübarək Vətən oğlu!
 
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
  

Yeganə Telmanqızı 
 
“XeberTıme.az”




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ