SON DƏQİQƏ

Bu gün şəhid Kərəm Zeynalovun anım günü idi- FOTOLAR

Tarix:7-08-2021, 20:38

Şəhid qanı axmayan torpaqdan Vətən olmaz, Vətən varsa şəhiddə var.Bu gün 1992-ci ildə birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan  Kərəm Zeynalovun anım günü idi.
Təddbir Sumqayıt şəhər Şəhidlər Xiyabanında şəhidlərin məzarlarını ziyarəti ilə başladı. Əvvəlcə işğaldan azad olunan torpaqlarımız uğrunda canını qurban verən cəmi şəhidlərimizin ruhlarına dualar oxunaraq  Allahdan onlara rəhmət, ailələrinə səbr  diləndi. Sonra şəhidin ailə üzvüləri,  yaxınları, doğmaları, döyüş yoldaşları, xidmət etdiyi batalyonun komandirləri, Sumqayıt şəhər icra hakimiyyətinin nümayəndəsi, Laçın rayonu Səfərbərlik və Hərbi xidmətə çağırış  idarəsinin əməkdaşı, şəhər rəsmiləri şəhid haqqında xoş xatirələrindən və keçdiyi şərəfli döyüş yolundan, qalib ordumuzdan  söhbət açdılar, Vətən yolunda canını fəda vermiş oğullara fəxr etdiklərini bildirdilər.                                                                               

Sumqayıt şəhər V.İbrahimov adına 35 saylı tam orta məktəbin şagirdləri, Sumqayıt şəhər 11 saylı tam orta məktəbin şagirdləri şəhidlər, Laçın rayonu 5 saylı tam orta məktəbini şagirdləri Vətən haqqında seirlər söylədilər. Sumqayıt şəhər 11 saylı tam orta məktəbin dərs hissə müdiri, müəllimlər şəhidlər  haqqında çıxışlar etdilər. Xatırladaq ki, anım tədbirində bir sıra şəhid ailələri, Vətən müharibəsi qaziləri Nəbi  Kərimzadə, ArizHüseynov, Azim Nuriyev iştirak edirdilər. Ənənəmizə sadiq qalaraq “XeberTıme.az” informasiya portalının rəhbəri Yeganə Telmanqızı və “Ümid” Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikova şəhidin ömür-gün yoldaşı Atlas Novruzlunu Fəxri Fərmanla təltif edildi.                                                                           
Qubadli Mədəniyyət evinin aktyoru Samir Solayev şəhidlərə həsr olunmuş maraqlı seir söylədi.  Sumqayıt şəhər V,İbrahim adına 35 saylı tam orta məktəbin bir sıra şagirdləri şəhidlər, vətən, şəhid analarından, bəhs edən şeirlərlə çıxış etdilər.    
Sonda şəhidin adına iftar süfrəsi verildi.                                

Vətənpərvər, gənc müəllimə Aynurə Abdullayevaya, şəhid bacısı Elyanə Ağayevaya, gənc müəllimə Nadirə Əliyevaya, xeyriyyəçi xanım Vüsalə Nəzərovaya öz təşəkkürümüzü bildiririk.
Nur içində yatasanVətən oğlu!

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 

Yeganə Telmanqızı 
 “XeberTıme.az”

                                                                                                                                                                          

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ