SON DƏQİQƏ

Yeni yaşın mübarək Şəhidim!- FOTOLAR

Tarix:9-08-2021, 23:03

Vətən müharibəsinin şəhidi əsgər Nurlan Nuruzadə yaşasaydı bu gün 20 yaşı tamam olurdu. Təddbir Sumqayıt şəhər Şəhidlər Xiyabanında birinci və ikinci Qarabağ müharibəsinin şəhidlərinin məzarlarını ziyarəti ilə başladı. Əvvəlcə Vətən uğrunda canını qurban verən cəmi şəhidlərimizin ruhlarına dualar oxunaraq  Allahdan onlara rəhmət, ailələrinə səbr dilləndi. Sonra şəhidin ailə üzvüləri,  yaxınları, doğmaları, döyüş yoldaşları böyük hörmət və ehtiramla Nurlan Nuruzadə haqqında xoş xatirələrindən və keçdiyi şərəfli döyüş yolundan söhbət açdılar. Sumqayıt şəhər icra hakimiyyətinin bir sıra nümayəndələri, Vətən müharibəsi qaziləri, din xadimləri şəhidlərin uca məqamından söhbət açaraq, Vətən yolunda canını fəda vermiş oğullara fəxr etdiklərini bildirdilər.                                                 
Məktəbli şagirdlər şəhidlər haqqında, şəhid analarından Azərbaycandan bəhs edən şeirlərlə çıxış etdilər.    
Sonda ənənəmizə sadiq  olaraq “Ümid” Xeyriyyə Cəmiyyəti”nin rəhbəri Raya Məlikova və  “XeberTıme.az” informasiya portalının rəhbəri Yeganə Telmanqızı şəhidin şəxsi guşəsi üçün hədiyyə təqdim etdi.                                                           

“Ümid” Xeyriyyə Cəmiyyəti”nin rəhbəri Raya Məlikova fikirlərini “XeberTıme.az”–la bölüşdü:                      

- Vətən müharibəsi günlərində xalqımız üçün ən mühüm cəhətlərdən biri də milli birliyimizi, həmrəylimizi nümayış etdirmək idi. Bu cəbhədə xalq və Müzəffər Azərbaycan Ordusu vuruşaraq qalibiyyəti əldə etdilər.  Təsadüfi deyildi ki, İkinci Qarabağ savaşında minlərlə gənc erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini ortaya qoydular. Arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər, hər cür maddi və mənəvi dəstək verməyə hazır olduqlarını göstərdilər, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə dayanır. Qələbəmizin qazanılmasında birliyimizin rolu misilsizdir. Ordumuzun  çıxdığı bu şərəfli yolda, bu müqəddəs savaşda böyük zəfərlə bizləri sevindirdi. Vətən üçün canını fəda edən Nurlan Nuruzadə kimi igid Vətən oğulları hər zaman bizim qəlbimizdə yaşayacaq. Ruhun şad, məkanın cənnət olsun Şəhidim!

Sənsiz keçən 32  yaşın mübarək Vətən oğlu!
 
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
   

Yeganə Telmanqızı 
 
“XeberTıme.az”  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ