SON DƏQİQƏ

QƏLBİMİZDƏ ƏBƏDİ YAŞAYAN ŞƏHİDLƏRMİZ...

Tarix:11-08-2021, 10:12

Ağstafa şəhər Heydər Əliyev Mərkəzində bir qurup şəhid ailəsi ilə Ağstafa rayon Gənclər və İdman İdarəsi tərəfindən görüş keçirmişdir. 
Görüşdə rayon şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə yeni nəşr olunmuş kitabın təqdimatı keçirilmişdir. Tədbirdə Ağstafa rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, şəhid atası Hüseyn Əzizoğlu şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində rayonda görülmüş işlər haqqında məlumat verdiblər. 
Qeyd etdilər ki, Vətən müharibəsi şəhidlərinin qəhrəmanlıq səlnaməsi gənclərimiz üçün bir örnəkdir. Tədbirdə çıxış edən kitab müəllifi Telman Qəhrəmanov bildirdi ki, Vətən müharibəsi şəhidləri haqqında ikinci kitab üzərində işləyir və yaxın zamanlarda bu kitabda oxuculara təqdim olunacaqdır.                                                                   
Tədbirdə Şəhid ailələrinə hədiyyə olaraq kitablar təqdim olundu və xatirə şəkili çəkilib.

Allah şəhidlərimizə rəhmət eləsin! 

“XeberTıme.az” 

 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ