SON DƏQİQƏ

20 yaşın mübarək Vətənimin şəhid oğlu+ FOTO\VİDEO

Tarix:30-08-2021, 08:57

Vətən müharibəsinin şəhidi əsgər Elton Əliyev yaşasaydı bu gün 20 yaşı tamam olurdu. Tədbir Sumqayıt şəhər Şəhidlər Xiyabanında birinci və ikinci Qarabağ müharibəsinin şəhidlərinin məzarlarını ziyarəti ilə başladı. Əvvəlcə Vətən uğrunda canını qurban verən cəmi şəhidlərimizin ruhlarına dualar oxunaraq  Allahdan onlara rəhmət, ailələrinə səbr dilləndi. Şəhidin ailə üzvüləri,  yaxınları, doğmaları, Sumqayıt Cümə məscidinin axundu  Rauf  Sərdarov, şəhid anaları, böyük hörmət və ehtiramla Elton Əliyev haqqında xoş xatirələrindən və keçdiyi şərəfli ömür yolundan söhbət açdılar. Sumqayıt şəhər icra hakimiyyətinin bir sıra nümayəndələri, Vətən müharibəsi qaziləri, ilahiyyatçı, din xadimi, "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədr Hacı Şahin Həsənli, Sumqayıt Cümə məscidinin axundu Rauf Sərdarov və digər natiqlər .                                          
Şəhidlərin uca məqamından söhbət açaraq, Vətən yolunda canını fəda vermiş oğullara fəxr etdiklərini bildirdilər. Məktəbli şagirdlər şəhidlər haqqında, şəhid anaları haqqında bir-birindən maraqlı seirlərlə  çıxış etdilər. Ənənəmizə sadiq qalaraq  “Ümid” Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikova və “XeberTıme.az” informasiya portalının rəhbəri Yeganə Telmanqızı şəhidin anası Rima Əliyevanı “Şəhid Anası” fəxri diplomu ilə təltif etdilər.  Rəsmi hissə başa çatdıqdan sonra Sumqayıt şəhər “Yaşıl Dərə” qəsəbəsində, şəhidin böyüyüb-boya çatdığı evinin qarşısında abidə-bulaq kompeksinin açılışı oldu. Tədbir şəhidin adını verilən ehsan süfrəsi  ilə davam etdirildi. 
Yeni yaşın mübarək yatasanVətən oğlu!

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı 
 “XeberTıme.az”



                                                                                                                                                                          

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ