SON DƏQİQƏ

Aqstafada şəhidlərin adına bulaq və abidə kompleksi açıldı- FOTO

Tarix:5-09-2021, 08:38

Şəhidləri Unutmayaq! 
02.09.2021-ci il tarixində Aqstafa rayonu Köcəskər kəndində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərin əziz xatirəsinə inşa olunmuş bulaq və abidə kompleksinin açilişi olub. Açılış mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri kənd camaatı iştirak edib. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra ruhlarına dualar oxunaraq Allahdan onlara rəhmət, ailələrinə səbr arzulandı. Sonra şəhidlərin qəhrəmanlıqla dolu döyüş yollarından danışıldı.            
Biz xalq olaraq bütün şəhidlərimizlə qürur duyuruq. Allah cəmi şəhidlərimizə rəhmət eləsin! 

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı 
 “XeberTıme.az”  


                                                                                                                                                                        

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ