SON DƏQİQƏ

Qəhrəman kimi dönən şəhidim Yeni yaşın mübarək! !-FOTO\VİDEO

Tarix:15-09-2021, 01:05

Şəhid Orxan Şirinovun son sözləri- “Atama deyin oğlun kişi kimi şəhid oldu!”Yaşasaydı bu gün Şirinov Orxan Elxan oğlunun 23 yaşı olurdu. 



Şəhidimizi tanıyaq! 

1998-ci il 14 sentyabr  İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində sadə, zəhmətkeş Şirinovlar ailəsinin son beşik övladı Orxan dünyaya gəlir. Orxan Aytəkin və Güntəkinin yeganə qardaşları idi. 2005-ci ildə Orxan Şirinov İmişli rayonu Bəhrəmtəpə qəsəbə şəhid Rəhim Alışov adına tam orta məktəbinin birinici sinifinə qədəm qoyur və Gülafiyan müəllimənin sinifində təhsil almağa başlayır. Dərslərini orta qiymətlərlə oxuyan Orxan sinif yoldaşlarıyla olduqca mehriban ünsiyyətli, müəllimlərin sözünə baxan təlim, tərbiyəli bir şagird idi.



Olduqca qohumcanlı, dostcanlı bir oğlan idi Orxan kiminsə xətrinə dəyməyi sevməzdi. Ən çox sevdiyi sahə sürücü idi, ona görə də daima maşınlarla maraqlanaraq onların etuyat hissələri, tarixi baradə bilgilər toplayırdı. 2016-cı ildə tam orta təhsilini başa vurur elə həmən ilin oktyabr ayında həqiqi hərbi xidmətə yola düşür. Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən N saylı hərbi hissədə xidmətə başlayır, sonra Sədərək rayonunda fəaliyyət göstərən hərbi hissədə erməniləlrə həmsərhəd olan postda xidmətini davam etdirir. Orxan PK pulemyotunda səlis atıcı idi. Hərbi hissədə yüksək səviyyədə xidmətinə görə xidməti dövründə 2 dəfə ev məzuniyyəti ilə mükafatlandırılmışdır.
2018-ci il martın 27-də hərbi xidmətini başa vurur və təxris olunaraq böyüyüb boya-başa çatdığı Bəhməntəpə qəsəbəsinə dönür və atasının çalışdığı dülgər sexində əmək fəaliyyətinə başlayır. 2019-cı ildə ailənin maddi durumunu daha da yaxşılaşdırmaq üçün Rusiya Federasiyasına əmisinin yanın gedir və bir müddət burada çalışır. El-obasına, ailəsinə bağlılığı onu vətənə dönməyə məcbur edir. Azərbaycana qayıdıqdan sonra dülgər sexində çalışmağa başlayır. 2020- ci il iyul ayında sevib-seçdiyi qızla nişanlanır.

 
Ata, ana, bacılar, doğmalar toya hazırlaşır Orxan bunların hamısını şəhidliyi ilə əvəz edir.                                                          
O.Şirinov etiyatda olan pulemyotcu olduğu üçün  2020-ci il sentyabrın 29-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə ezam olunur. Üç gün Ağcabədi rayonu N saylı hərbi hissədə təlim keçdikdən sonra oktyabrın 2-də Cəbrayıl uğrunda gedən döyüşlərə qatılaraq cəsurluqla vuruşur, bir sıra kəndlərin işğaldan azad olunmasında müstasna xidmətləri olur.     
2020- ci il 21 oktyabr...Qubadlı rayonu Muradxanlı kəndi uğrunda gedən ağır döyüşlərdə komandiri şəhid baş leytenant Vəli Quliyevlə eyni döyüşlərdə qəhrəmanlıqla vuruşaraq şəhidlik zirvəsinə ucalırlar. Xatırladaq ki, Orxan Şirinov boğaz nahiyyəsindən 7 güllə alaraq şəhid olur. “Atama deyin oğlun kişi kimi şəhid oldu!” Orxanın son sözləri olur...   
15 gün neytral zonada qalır və 4 noyabr şəhidin nəşi ailəsinə təhfil verilir. Minlərlə kənd sakinin, icra nümayəndələrinin iştirakı ilə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi el qəbirsanlığında “Şəhidlər ölməz, Vətən bölünməz” süarı altında torpağa tapşırılır. Şəhidin tabutu üzərindəki Azərbaycan bayrağı şəhidin atası Şirinov Elxana təqdim olunur.  

                                              
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev döyüş tapşırığını layiqincə yerinə yetirən əsgər   Şirinov Orxan Elxan oğluna ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşcü” medalları ilə təltif edir. 
Şəhidin doğum günündə ailə üzvüləri, əzizləri, şəhid ailələri, şəhər rəsmləri, din xadimləri, döyüş yoldaşları şəhidin məzarını ziyarət edərək dualar oxudular.

 
Orxan Şirinov haqqında  xoş xatirələrdən danışılaraq anıldı. Sonra şəhidin adına ehsan süfrəsi verildi.  

           
Vətən varlığımız, qürurumuzdur. Vətənin azadlığı, istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan  Vətən oğlu yeni yaşın mübarək.
Şəhid Orxan Şirinovun döyüşdə çəkdiyi son videonu sizə təqdim edirik:


Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı                                                         
“XeberTıme.az”  


 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ