SON DƏQİQƏ

İmişlidə şəhid Orxan Şirinovun doğum günündə xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub+ FOTOLAR

Tarix:15-09-2021, 02:23

14.09.2021-ci il tarixində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində şəhid Şirinov Orxan Elxan oğlunun adına inşa bulaq kompleksinin açılış mərasimi oldu.
Bulağın açılışında öncə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və aparatın məsul əməkdaşları tərəfindən Orxanın məzarı ziyarət olunub, üzərinə gül-çiçək dəstələri düzülüb və ruhuna dualar oxunub.
Bulağın açılış mərasimində rayon ictimaiyyəti, şəhidin doğmaları, məktəblilər və sakinlər də iştirak ediblər. Çıxış edən rayon icra hakimiyyətinin  başçısı Elçin Rzayev torpaqlarımızın azadlığı uğrunda şəhid olan igid oğulların ölməzliyini vurğulayıb, onların xatirələrinin heç bir zaman unudulmayacağını söyləyib və şəhid valideyinlərinə Allahdan səbir, qazilərimizə şəfa diləyib. Digər çıxış edənlər Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Orxanın qəhrəmanlıqlarından danışıblar. Çıxışlardan sonra şəhidin adına inşa olunan bulaq açılıb, məktəblilər şəhidlərə həsr edilən şeirlər söyləyiblər.
Qeyd edək ki, Orxan Şirinov oktyabrın 21-də Qubadlı döyüşləri zamanı şəhid olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və  "Qubadlının azad olunmasına görə", “cəsur döyüşcü”  medalları ilə təltif edilib.
“XeberTıme.az” 


 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ