SON DƏQİQƏ

ŞƏHİDİM VÜSAL

Tarix:24-09-2021, 00:50

Ey Türk Evladı!Senin için ve yurdun için can veren ulu şehitlerini unutma,
Türk balası kurt olur bastığı yer yurt olur!
"Demə vətən mənim üçün nə edib de mən vətən üçün nə etmişəm"
Vətən uğrunda ölüm qədər dadlı və şərəfli ölüm varmı?sosial şəbəkələrdə daim bu sözlərlə vətənpərvərliyi təbliğ edərək gənc nəsilə vətəni sevməyi aşılayan Turan sevdalı, Bozqurtçu, Türkçü vətənpərvər qəhrəman igid şəhidimiz Qubadlı rayonunda doğulan və Sumqayıt şəhərində yaşamış şəhidimiz Vüsal Allahverdiyevin bu səhifəsi diqqətimi cəlb elədi və  şəhidlik zirvəsinə ucalmadan öncə ifa edib paylaşım etdiyim bir Türk mahnısını mənim ifamda dinlədikdən sonra  məndən   vətənpərvərlik ruhu aşılayan çırpınırdı. “Qaradəniz” mahnısını mənim ifamda oxumamı rica edir və mən böyük məmnuniyyətlə sevdigim bu mahnını akustik versiyada ifa edib səhifəmdə paylaşım edirəm və şəhidimiz Vüsal Allahverdiyev təşəkkürünu yazır. Lakin bir neçə müddət sonra səhifəsində səhadətin mübarək qardaş dostları tərəfindən olan yazı məni sarsıdır   mənim baş sağlığı diləyimlə baglı yazımı görən əmisi Qarabağ qazımız Mahir Allahverdiyev mənə şəhidimizin əziz xatirəsinə bir mahnı bəslənməyini və mənim də bu mahnını oxumagımı rica edir. Mən çox böyük məmnuniyyətlə və qürurla bu təklifi qəbul edirəm həmin gün gənc istedadlı və vətənpərvər şair Yusif Düşkünü mənə məsləhət bilirlər ondan bizə şəhidimizin əziz xatirəsinə bir şeir yazmağını rica edirəm, sağ olsun canla-başla bu təklifi qəbul edir dekabır ayının 30-u olan müraciətimin səhəri artıq mahnımızın sözləri hazır olur. Şəhidimizin əmisi Mahir bəy Vüsal Allahverdiyevin  uşaqlıqdan mahnılarını qürurla sevə sevə ifa etdiyi  biri birindən dəyərli vətənpərvərlik mahnıların   ifaçısı Şəmistan bəyə müraciət edir. Bu işdə bizə  dəyərli işlərin vətənpərvər mahnıların bəstəkarı  Ferahim Sadiqi məsləhət bilir. Dəyərli bəstəkarımız Ferahim bəy şəhidimiz üçün yazılan şeirə musiqi bəstələyir  və aranjıman olunur  ortaq qərarımizdan sonra  bu mahnını Türkiyəyə məşhur yayla-strings groupa üzərinə skripka səsləri əlavə etmək üçün göndərir. Türkiyədən hazır olub gələn kimi Şəmistan bəy Vüsalın əziz xatirəsinə beyt səsləndirir və studiyada  bir neçə məşq sonrası mahnımız yazılır. Mahnımızın yaranmasında adı keçən hər kəsə dərin təşəkkürümü bildirirəm. Allahdan Vüsal Allahverdiyev və onun timsalında bütün şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə şəfalar ailələrinə səbr arzulayıram. Sonda şəhidimizin səhifəsindəki paylaşımın alt qismində diqqətimi çəkən   sözlə bitirmək istəyirəm "Uşaqlara vətəni sevməyi öyrətmək lazım deyil, onlara vətəni tanıdın özləri sevəcəklər."
Unutmayaq unutdurmayaq! 

Vətənpərvər müğənni Şəbnəm Turanın ifasında “Şəhidim Vüsal” mahnı klipini izləyin. 



“XeberTıme.az”  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ