SON DƏQİQƏ

On ildir yaşadığım Maştağa kəndinin ilk şəhidi

Tarix:28-09-2021, 10:03

Əliyev Bəhruz Elman oğlu 24 oktyabr 1997-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindəki Cəfər Cabbarlı adına 187N-li tam orta məktəbin 1-ci sinfinə qəbul edilmiş, 2013-cü ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 9 illik ümumi orta təhsili başa vurduqdan sonra, elə həmin ili təhsilini Aşpaz ixtisası üzrə Maştağa qəsəbəsindəki 13 N-li Bakı Peşə Məktəbində 2 il davam etdirib, 2015-ci ildə  tamamlayır. 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinə çağırış vərəqəsi alır. Tibbi Komissiyadan keçdikdə səhhətində problemlər aşkar olunur. Buna görə də müəyyən müddət verilir ki, səhhətindəki problemlərin müalicəsini başa vursun. Lakin bu müddət başa çatmamış, o, artıq 2019-cu ilin sentyabr ayından sənədlərini yığmağa başlayır. Oktyabr ayının 22-sində hərbi xidmətə yola düşür. Goranboy rayon Ballıqaya kəndində N saylı Hərbi Hissədə xidmətə başlayır. 2019-cu il noyabr ayının 9-u Hərbi Andiçmə mərasimi baş tutur. Xidmətini bir müddət orada davam etdirdikdən sonra Tərtər rayon Sarov Kəndinə köçürülür. Sonra isə yenidən Goranboy rayonuna qayıdır. Goranboy rayonu, Tapqaraqoyunlu kəndində N saylı Hərbi Hissədə hərbi xidmətini davam etdirir. Bu müddətdə motoatıcılıq kurslarına cəlb edilir. Hələ uşaqkən atıcılığa xüsusi marağı olduğundan, o, bu kurslara böyük həvəslə qatılır. Keçirilən yarışlarda dəfələrlə 1-ci yerə layiq görülür. Atıcılıq kurslarında dəfələrlə 1-ci yerə layiq görüldüyü üçün atıcı vəzifəsindən baş atıcı vəzifəsinə təyin edilir. O, burada da xüsusi həvəslə iştirak edir. Sentyabr ayının 27-si II Qarabağ müharibəsi başladıqda Goranboy rayonu, Tapqaraqoyunlu kəndindən döyüşərək Tərtər rayonu Talış kəndi istiqamətində gedən döyüşlərə qoşulur. Müharibənin 1 günündə iştirak etməsinə baxmayaraq, bu müddətdə düşmənin 2 tankını, dəqiq atəşlə 60-a yaxın əsgərini məhv edərək qəhrəmanlıqla döyüşür. Yaralı əsgər yoldaşlarının da müharibə zonasından çıxarılmasına köməklik edib. Sentyabrın 28-i son dəfə yaralı əsgər xilas edib döyüşə qayıdanda düşmənin atdığı minaatanın qəlpələri sağ ayağını ağır yaralayır. Hospitala çatdırılarkən kəskin qanitirmədən yolda can verir və Şəhidlik zirvəsinə ucalır. Sentyabr ayının 29-u böyüyüb, boya-başa çatdığı Maştağa qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn edilir.Döyüşdə göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən isə "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Qəlbim Oldu Qəm Ocağı

Mərd igiddir  mənim balam,
Deyirdim ki,sipər qalam.
Güllələrə, tuş gəldin sən,
Köksün üstə  sərildin sən.
////
Bəzənmədi bəy otağın,
Qəlbim oldu  qəm ocağın.
Oğul  deyib, hay çəkmişəm,
Könlümə, səni əkmişəm.
///
Bənövşəli gülüm getdin,
Məni pərişan  eylədin.
Dastan olubdur mərdliyin.
Zirvəsində şəhidliyin.
///
 Sənsiz ana qəlbim ağlar,
Xatirələr ürək dağlar.
Uyumusan cənnətində.
Şəhidliyin zirvəsində.
///
Kəndimin ilk şəhidi sən,
Ürəklərə, dağ çəkmisən.
Həsrətinə necə dözüm,
BƏHRUZ deyib, ağlar gözüm.

MÜƏLLİF: SEVDA İBRAHİMLİ
27:09.2021/Bakı

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ