SON DƏQİQƏ

Səndən sonra

Tarix:29-09-2021, 13:15

Rzayev Zülfü Zeyni oğlu 1993-cü il  ayının 9-u Naxçıvan MR-nın Şahbuz rayonunun Külüs kəndində  dünyaya göz açmışdır. 1999-cu ildə Şahbuz rayon Külüs kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur.2007-ci ildə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub. 2010-2014 cü illərdə   Heydər Əliyev adına Ali Hərbi Məktəbində Kəşfiyyatçı ixtisası üzrə təhsilini müvəffəqiyyətlə başa vuraraq leytenant rütbəsi alıb.2014-2015-ci illərdə leytenant rütbəsi ilə Bakıda Təlim-Tədris Mərkəzində təhsilini və ixtisasını möhkəmləndirmişdir. 2015-ci ilin avqust ayından etibarən Füzuli rayonunda N saylı hərbi hissədə öz ixtisası üzrə iş fəaliyyətinə başlamışdır. 2016-cı ildə 2-5 aprelində baş verən “aprel döyüşlərində”  iştirak
etmiş və göstərdiyi şücaətə görə Cənab Ali Baş Komandan İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən "İgidliyə görə" medalı ilə təltif edilmişdir.Dəfələrlə Müdafiə Naziri Zakir Həsənovla tədbirlərdə iştirak etmiş, Milli Qəhrəman Şükür Həmidovla,General Mais Bərxudarov kimi yüksək rütbəli zabitlərlə birlikdə döyüşlərdə iştirak etmiş, öz şücaətini göstərmişdir.2018-ci ildə  “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı  ilə yenidən medalla təltif olunmuşdur.2020-ci ilin avqust ayında 5 illik xidmət müddəti başa çatsa da Füzulidə qalıb,torpaqlarımız azad olunana qədər xidmət edəcəyini bildirmiş, 27 sentyabrda başlayan II Qarabağ müharibəsində yuxarı komandanlığın əsgər zabit heyyəti ilə birlikdə irəlidə döyüşərək  səhər saatlarında başlayan müharibədə ilk 7 kəndin alınmasında öz qəhrəmanlığını göstərib,yaralanmağına baxmayaraq geri qayıtmamışdır. Gedən döyüşlərdə qəhrəmancasına iştirak edib, yazılan şanlı tarixə öz canıyla , qanıyla töhfəsini verib,şəhidlik zirvəsinə yüksəlmişdir.
Şəhadətindən sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılıb və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə, Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə , Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir. 
Şahbuz rayonun Külüs kəndində dəfn olmuşdur.
 
     
Səndən sonra
 
Güllü yazim soldu, viran oldu.
Arzularım çəkildi duman oldu.
İtdi xoş gülüşüm   güman oldu.
 gül tək saraldım,od tutub yandım.
Oğul, bu nə dərddir çarə tapmadım.
///
Şəhidlik zirvənin gəldi  sədası
Sənsiz   yaşamağın yoxdu mənası,
Ürəyə bu dərdin düşdü acısı
Oğul, bu nə dərddir çarə tapmadım.
///
Təsəlli şərəfli   bir ölüm oldu
Qaranlıq zindanı hədiyyə qoydu
Hünər göstərərək bir şəhid oldu
Oğul bu nə dərddir çarə tapmadım.
///
Səndən sonra paramparça qalmışam,
Sənsizlik odunda dərddə , yanmışam.
Səndən sonra gülüşə dərd  qatmisam
Ogull bu nə dərddir çarə tapmadım.
///
Ay Zülfü, incidir kədərin,qəmin, 
Nə edim, qaradır, taleyi. bəxtim.
Sənə həsrət qaldı   ana ürəyim
Oğul bu nə dərddir çarə tapmadım.

MÜƏLLİF:SEVDA İBRAHİMLİ
28.09.2021

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ