SON DƏQİQƏ

20 yaşına salam olsun ŞƏHİDİM!

Tarix:2-10-2021, 21:41

Yaşasaydı bu gün Vətən müharibəsi şəhidi Mürtaza Qasımovun 20 yaşı tamam olurdu.                                            Şəhidin ailəsini ziyarətə gələn qonaqlar və şəhidin ailə üzvüləri şəhidin məzarını ziyarət edərək onun ruhuna dualar oxudular.    

            
Şəhidimizi tanıyaq! 

Qasımov Mürtaza Elman oğlu 2001-ci ildə Cəlilabad rayonunun Gülməmmədli kəndində sadə, zəhmətkeş bir ailədə anadan olmuşdur. 2008-2019-cu illərdə Əli Kərimov adına Cəlilabad rayon Gülməmmədli kənd tam orta məktəbində təhsil alıb. Dərslərini orta qiymətlərlə oxuyan Mürtaza olduqca nümunəvi bir şagird idi. Hər kəsə xüsusi bir hörmətlə, diqqətlə yanaşar, mehribançılıq göstərərdi. Mütamadə olaraq idmanla məşğul olurdu, idmanda bir neçə uğurları da var. Ən böyük arzusu hərbici olmaq idi. Mürtaza Qasımovun 2 oktyabr 2019-cu ildə 18 yaşı tamam olur, oktyabrın 3-də həqiqi hərbi xidmətə yola düşür. Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu idi.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının əsgəri olan Mürtaza Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində ərizə ilə könüllü müraciət edib döyüşlərə qatılır. Cəbrayılın, Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə şücaətliklə vuruşur.                                                        

2020-ci il 8 noyabr 08:00-da...Zəngilan rayonu istiqamətində gedən ağır döyüşlərin birində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə ucalır. 9 noyabrda yüzlərlə kənd sakinin, icra nümayəndələrinin, döyüş yoldaşlarının müşayəti ilə Cəlilabad rayonunun Gülməmmədli kəndində el qəbirsanlığında dəfn edilir. Şəhidin üzərinə örtülən üç rəngli bayraq hörmət və ehtiramla atası Elman kişiyə təqdim edilir. 

                                           
Döyüş tapşırığını layıqıncə yerinə yetirərkən və ərazilərin işğaldan azad olunması zamanı şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Respublikasının prezidenti cənab Ali Baş Komandan İlham Əliyev Qasımov Mürtaza Elman oğlunu “Zəngilanın azad olunmasına görə”, “Vətən uğrunda”, “İgidliyə görə” medalları ilə təltif etmişdir.                         
Qəhrəman analar qəhrəman övladlar yetişdirər.   

                    

Şəhidin anası Samirə xanım asta-asta ağlayaraq bizimlə həmsöhbət oldu.                                                                       
- Yeganə xanım 3 oğulum var idi. Cəmil, Abbas, Mürtəza. Iki oğlum fiziki qüsurludu.  Mürtəza evimin işığı, hər birimizin fəxri idi. Hər zaman deyir di ki, “Ana mən Ünnü adam olacam, (yəni böyük bir adam olacam) hamı məni tanıyacaq. Balam çox tələsirdi hərbi xidmətə getməyə, deyirdi ki, bu kişilik məktəbidir və mən layiqincə bu məktəbin sakini olacam, ailəmin başını uca edəcəm. Hər zamanda tez böyümək istədi...Nə dedisə ona da əməl etdi. Vətən sağ olsun! Şükür oğullarımızın qanı yerdə qalmadı, torpağlarımız azad oldu.                                                                                                  
Nənəsi Sara xanım bizimlə bölüşdü, dərdləşdi:  

                                 
- Qızım 3 övladım, 7 nəvəm, 9 nəticəm var. 20 yaşında olarkən ömür-gün yoldaşımı itirdim. Çöx çətinliklə uşaqlarımı böyütdüm. Müntəza mənim altıncı nəvəm idi. Çox ədəbli, ərkanlı, qürurlu, dürüst  oğul idi. Harda böyüklərin əlində ağır sumka görürdü, tez əlindən alıb onu evinə qədər ötürərdi. Allaha çox bağlı, çox yaxın idi. Bütün dəftərlərində “Allah” sözünü yazırdı, bilirəm indi balam cənnətdədir. Onu da deyim ki,  həm də qəşəng seirlər yazırdı. Bu gün onun 20 yaşı tamam olur. Cənnətdəki Ad günün mübarək əziz balam!                                  
Xatırladaq ki, ailəyə bir sıra xeyriyyəçi insanlarla “Ümid” Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikova, Seyid Mirazad müəllim, Namidar Məmmədov, Rahid Eynullayev və şəhidin əmisi Ehtiram Qasımovla ziyarət etdik. Şəhidin şəxsi əşyalarını yığmaq üçün şkaf mebel və müqəddəs kitabımız olan “Quran” hədiyyə olundu. 




Ənənəmizə sadiq qalaraq “Ümid” Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikova, “XeberTıme.az” informasiya portalının rəhbəri Yeganə Telmanqızı şəhidin anası Samirə xanımı “Şəhid Anası” diplomu ilə təltif etdi. Daima şəhid ailələrini diqqətdə saxlayan                                                 
 “Ümid” Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikova fikirlərini bölüşdü:                                                                                                
- Bu gün şəhidimizin 20 yaşı tamam olur. Doğulduğun günə salam olsun Şəhidim!    
Azərbaycan hər zaman qəhrəman oğullar, igidlər və cəsurlar yurdu olub və bizdə xalq olaraq qəhrəman oğullarımızla fəxr edirik. 44 gün ərzində düşmən işğalından azad etdi. Müntaza kimi minlərlə Vətən övladının misilsiz qəhrəmanlığı, vətənpərvərliyi, qələbə əzmi sayəsində Azərbaycan Ordusu zəfər qazandı. Qarabağa yaşadan oğullara alqışlar!                   
Yeni yaşın mübarək Vətən oğlu! 

 

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

 Yeganə Telmanqızı 
 
“XeberTıme.az”                                                                                                                                                                          

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ