SON DƏQİQƏ

Qanı ilə tarix yazan qəhrəman- Baş leytenant şəhid Mikayıl Məmmədzadənin bu gün doğum günüdür-FOTOLAR

Tarix:11-10-2021, 00:41

Şəhidin doğum günü yaşadığı binanın qarşısında xatirə lövhəsi açıldı.                                                                           
Vətən müharibəsi şəhidi baş leytenant Məmmədzadə Mikayıl İlqar oğlunun  doğum günü tədbiri yaşadığı binanın qarşısında vurulmuş xatirə lövhəsinin açılışı ilə  başladı. Xatirə lövhəsinin qarşısına tər çiçəklər və gül çələngləri qoyuldu. Tədbirdə iştirak edən şəhidin ailə üzvüləri, yaxınları, icra hakimiyyətinin nümayəndələri, Sumqayıt şəhər təhsil şöbəsinin müdiri Arzu Alızadə, təhsil şöbəsinin əməkdaşları, şəhid ailələrinin üzvüləri, media nümayəndələri, Vətən müharibəsi qaziləri, şəhidin xidmət etdiyi hərbi hissənin zabit heyyəti, döyüş yoldaşları, dostları, şəhidin anası Zülfiyyə Məmmədovun çalışdığı Sumqayıt şəhər Milli Qəhrəman C.Səfərov adına 10 saylı tam orta məktəbin müəllim kollektivi hər anı bir qəhrəmanlıq salnaməsinə çevrilmiş 44 günlük Vətən müharibəsində  qanı ilə tarix yazan Mikayıl  Məmmədzadənin və onun timsalında olan bütün qəhrəman şəhidlərdən söhbət açdılar. Allahdan bütün şəhidləriməzə rəhmət, ailələrinə səbr dilədilər. Sonra Sumqayıt şəhər Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət olundu, xatirəsi ehtiramla anıldı. Mikayıl Məmmədzadə ilə bağlı xoş xatirələrdən söhbət açaraq, yad edildi. Mərasimdə iştirak edən din xadimləri şəhidin ruhuna dualar oxudular, Ulu Tanrıdan rəhmət dilədilər. Tədbir şəhidin adına verilən ehsan süfrəsində davam etdirildi. Əvvəlcə Azərbaycanın Dövlət Himni ilə açıq elan edildi, sonra bir dəqiqəlik sükütla torpaqlarımızın azad olunmasında şəhidlik zirvəsinə ucalan şəhidlər bir dəqiqəlik sükütla yad edildi. Mübarizlər, Fəridlər, Səbuhilər qrupunun rəhbəri Əziz Əzizov tərəfindən çəkilmiş Vətən müharibəsi şəhidi, baş leytenant Mikayıl Məmmədzadənin əziz xatirəsinə həsr olunmuş film nümayiş olundu. Mikayıl  Məmmədzadəyə həsr olunmuş mahnı və şeirlər ifa olundu.                          


Xatırladaq ki, Mikayıl Məmmədzadə Murov yüksəkliyinə bayraq sancan hərbiçilərdəndir. O, 10 noyabr 1994-cü ildə Sumqayıt şəhərində  ziyalı ailəsində dünyaya gəlmişdir. Ailənin ilk övladı olan Mikayıl 2001-ci ildə ilk qədəmlərini Sumqayıt şəhər 13 saylı tam orta məktəbə qoymuşdur və burada 3 il təhsil aldıqdan sonra  2004-cü ildə  Milli Qəhrəman C.Səfərov adına Sumqayıt şəhər 10 saylı tam orta məktəbdə təhsilini davam etdirir. Uşaqlıqdan hərbici sənətini sevən və hər zaman özünü bu sahədə görən Mikayıl 2009-cı ildə sənədlərini C.Naxçıvanski adına hərbi liseyə verir, ən yüksək balla buraya daxil olur. Təhsil illərində hərbi sahənin sirlərini yaxından öyrənir və 2014-ci ildə hərbi liseyi müvəfəqiyyətlə başa vurur H.Əliyev adına Ali Hərbi Akademyaya daxil olur. 2018-ci ildə Akademyanı leytenant rütbəsində bitirir. Goran rayonunda N saylı hərbi hissədə xidmətə başlayır. Bir il sonra Tərtər rayonunda yerləşən hərbi hissələrin birində, Göygöl rayonu N saylı hərbi hissədə, Murov dağ yüksəkliyində  xidmətini davam etdirir. 2018-ci ildə baş leytenant rütbəsini alır. Ordumuzun əks-hucumu başladığı ilk gündən tağım komandiri Miklayıl Məmmədzadə şücaətlik göstərərək döyüşlərə atılır. Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmənin xeyli sayda texnikasını və canlı qüvvəsini məhv edir.                                        
2020-ci il sentyabrın 28... Baş leytenant Məmmədzadənin son döyüşü... Kəlbəcər, Göygöl və Goranboy sərhədində yerləşən ən yüksək zirvə olan Camış dağ və Murov dağ yüksəkliyinin tam hissəsini alırlar, 30 km Kəlbəcərə irəlləyirlər. Elə həmən gündən ondan heç bir məlumat əldə etmək mümkün olmur, neyteral zonada qalan hərbiçimizin nəşi 87 gündən sonra Murov dağ silsiləsi ətrafında aşkar edilir. Baş leytenant minaya düşən əsgərini xilas etmək istəyərkən özüdə minaya düşərək 26 yaşında şəhidlik zirvəsinə ucalır. 28 dekabr Sumqayıt şəhər Şəhidlər Xiyabanında canı qədər sevdiyi Vətən torpağına tapşırılır.                       
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçusu, baş leytenant Məmmədzadə Mikayıl İlqar oğluna ölümündən sonra “Vətən uğrunda” medalı, “Kəlbəcərin azad olunmasına görə” medalı, “İgidliyə görə” medalı ilə təltif etmişdir.                                     
Ənənəmizə sadiq qalaraq  “Ümid” Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikova və “XeberTıme.az” informasiya portalının rəhbəri Yeganə Telmanqızı şəhidin anası Zülfiyyə Məmmədovanı “Şəhid Anası” fəxri diplomu ilə təltif etdi.      

Yeni yaşın mübarək Vətən oğlu!   
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!




 
Mübarizlər, Fəridlər, Səbuhilər qrupunun rəhbəri Əziz Əzizov tərəfindən çəkilmiş Vətən müharibəsi şəhidi, baş leytenant Mikayıl  Məmmədzadənin əziz xatirəsinə həsr olunmuş video rolik.   

      

Yeganə Telmanqızı 
 “XeberTıme.az”  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ