SON DƏQİQƏ

Ömrün şəhidlik zirvəsinə ucalan gizir Elmar Nəsibov+ FOTOLAR\VİDEO

Tarix:14-10-2021, 10:52

13.10.2021-ci il tarixində müharibə balşayan gündən ön sıralarda olan gizir Elmar Nəsibovun anım günü qeyd olundu.                                                    Anım mərasimi Sumqayıt şəhər Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarətlə başladı.Tədbirdə şəhidin ailə üzvüləri, doğmaları, şəhid ailələri, icra hakimiyyətinin rəsmiləri, Sumqayıt şəhər “Cümə” məscidinin axundu Hacı Rauf Sərdarov, bir sıra din xadimləri, şəhidin xidmət etdiyi hərbi hissənin zabit heyyəti, əsgərləri, Qarabağ qaziləri, media nümayəndələri, döyüş yoldaşları iştirak edirdilər. Anım mərasimində şəhidin doğmaları onunla bağlı xoş xatirələrdən, döyüş yoldaşları onun keçdiyi şərəfli, şücaətli  döyüş yolundan danışdılar. Xidmət etdiyi hərbi hissənin hərbiciləri gizir Nəsibovun xatirəsini ehtiramlayad etdilər. Şəhid Elmarın və torpaqlarımız uğrunda şəhidlik zirvəsinə ucalan  cəmi şəhidlərimizin ruhuna dualar oxundu. Şəhidin ailə üzvüləri gələn qonaqlara, şəhid ailələrinin üzvülərinə onların yanında olaraq dərdlərinə şərik olduqları üçün öz minnətdarlıqlarını bildirdilər.         
Tədbir şəhidin adına açılan ehsan süfrəsində davam etdirildi. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndi, sonra torpaqlarımızın azad olunmasında şəhidlik zirvəsinə ucalan şəhidlər bir dəqiqəlik sükütla yad edildi. Vətən müharibəsi şəhidi, gizir Elmar Nəsibovun əziz xatirəsinə həsr olunmuş film nümayiş olundu.                                                                                      

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqcumuzu tanıyaq:
                                                     
Nəsibov Elmar Şirzad oğlu 1987-ci il sentyabrın 19-da Sumqayıt şəhərində müəllim ailəsində dünyaya gəlib. 1994-2005-ci illərdə Sumqayıt şəhər 14 saylı tam orta məktəbdə təhsil alır. 2005-ci il 7 oktyabrda Sumqayıt şəhər Səfərbərlik və Hərbi Xidmətə Cağırış idarəsindən həqiqi hərbi xidmətə yola düşür. 2007-ci ilin 3 aprelində müddətli həqiqi xidmətini başa vuraraq böyüyüb boya-başa çatdığı Sumqayıt şəhərinə dönür. Hərbiyə olan böyük həvəsi 2011-ci ildə onu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin “MAHHXHQ hazırlığı” kursuna gətirib çıxarır. Burada bir necə ay kurs kecəndən sonra Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Vətənə xidmət edir və etiyata buraxılır. 15 iyul 2015-ci ildən yenidən Azərbaycan ordusuna qayıdıb xidmətini davam etdirir. Snayper tağımının snayper manqasının snayperi, snayper manqasının snayperi-müşahidəçi, tuşlayıcı, dağ atıcı manqasının komandiri, kəşfiyyat manqasının kəşfiyyatçısı, tank əleyhinə tağımının pulemyotcusu vəzifələrində çalışmışdır. 2020-ci ildə “Gizir hazırlığı” kursunu bitirir və gizir rütbəsini alır.                                                                     
Düşmən təxtibatlarının qarşısını almaq üçün sentyabrın 27-də bütün cəbhə boyu əks hucum əməliyyatları başladı. Gizir Nəsibov silahdaşları ilə birlikdə döyüşün ilk günlərindən ön sıralarda oldu və bir an belə geri çəkilmədi. Oktyabrın 12-də Füzuli uğrunda gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Füzulinin azadlığı uğrunda gedən ağır döyüşlərdə qəhrəmançasını vuruşur və oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalır.  Oktyabrın 13-də minlərlə şəhər sakinin, ailə üzvülərinin, yaxınlarının, xidmət etdiyi hərbi hissənin zabit heyyətinin, şəhidin xidmət etdiyi hərbi hissənin hərbiçiləri, döyüş yoldaşlarının və icra hakimiyyətinin nümayəndələrinin müşayəti ilə  Sumqayıt şəhər Şəhidlər Xiyabanında uğrunda öldüyü  torpağa tapşırılır.   Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyev Nəsibov Elmar Şirzad oğlunu ölümündən sonra “Vətən uğrunda!, "Füzulinin azad olunmasına görə" medalları ilə təltif etmişdir.                  
Ənənəmizə sadiq qalaraq  “Ümid” Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikova və “XeberTıme.az” informasiya portalının rəhbəri Yeganə Telmanqızı şəhidin anası Sürəyya Mehdiyevaya  “Şəhid Anası” fəxri diplomu ilə təltif etdi. Sürəyya ana sizlər bir övladınızı vətənə qurban verdiniz, bütöv Azərbaycan xalqının anası oldunuz. Qarşınızda baş əyirik! 
Səninlə qürur duyuruq Vətən oğlu!
 
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Mübarizlər, Fəridlər, Səbuhilər qrupunun meneceri Vəfa Rüstəmli tərəfindən çəkilmiş Vətən müharibəsi şəhidi, zəfər tarixi yazan qəhrəmanımız gizir Elmar Nəsibovun əziz xatirəsinə həsr olunmuş video rolik.  

 
 
Yeganə Telmanqızı 
 “XeberTıme.az”                                                                                                                                                                                                                     
                               

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ