SON DƏQİQƏ

Şəhid Saleh Nuriyev- Biz düşmənə qalib gəlməliyik!+ FOTOLAR\VİDEO

Tarix:19-10-2021, 10:24

18.10.2021-ci il tarixində Vətən müharibəsinin ən gənc şəhid əsgəri Saleh  Nuriyevin anım günü qeyd olundu.  
Anım mərasimi Sumqayıt şəhər Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarətlə başladı, məzarı üstünə tər güllər, gül cələngləri qoyuldu. Tədbirdə şəhidin ailə üzvüləri, doğmaları,yaxınları, şəhidin dostları, şəhid ailələri, icra hakimiyyətinin rəsmiləri, bir sıra din xadimləri, şəhidin xidmət etdiyi hərbi hissənin hərbiçiləri, Qarabağ qaziləri, media nümayəndələri, döyüş yoldaşları iştirak edirdilər. Anım mərasimində şəhidin doğmaları onunla bağlı uşaqlıq, məktəb illəri, gənclik illərindən xoş xatirələr danışdılar. Əsgər Nuriyevin keçdiyi şərəfli, şücaətli  döyüş yolundan danışdılar. Torpaqlarımız uğrunda şəhidlik zirvəsinə ucalan  cəmi şəhidlərimizin ruhuna dualar oxundu, ailələrinə və yaxınlarına səbr dilədilər. Tədbir şəhidin adına açılan ehsan süfrəsində davam etdirildi. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndi, sonra torpaqlarımızın azad olunmasında şəhidlik zirvəsinə ucalan şəhidlər bir dəqiqəlik sükütla yad edildi. Vətən müharibəsi şəhidi Saleh Nuriyevin əziz xatirəsinə həsr olunmuş film nümayiş olundu. 

Qəhrəman şəhidimizi tanıyaq:                                                                                     

Əslən Qubalı olan Nuriyev Saleh Səxavət oğlu 18 iyul 2002-ci ildə Sumqayıt şəhərində sadə bir ailədə dünyaya gəlmişdir. 2008-ci ildə 33 nömrəli tam orta məktəbə daxil olub və həmin məktəbin 9-cu sinfini bitirdikdən sonra valideynlərinin arzusu ilə Sumqayıt Dövlət Texniki Kollecində 3 illik natamam ali təhsil alıb. Onun dayısı Orucov Kamran Niyətulla oğlu məzarsız qəhrəman şəhiddir. O, 14 iyul 1992-ci ildə hərbi xidmətə yollanmış, sentyabr ayında Ağdamda Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə yaralı dostunu xilas etmək üçün irəli atılmış və itkin düşmüşdür. Salehin anası rəmziyyə Nuriyeva illərlə qardaş həsrəti ilə yanıb-alışdı, onun yoxluğunu qəbullanmayıb, 28 il yol gözləyirdi. Saleh uşaqlıqdan dayısının qisas almağı arzu etdi. Elə dayısı ilə müxtəlif zaman kəsimlərində eyni həyatı yaşadı. 18 yaşı tamam oldu və 24 iyulda Sumqayıt şəhərindən həqiqi hərbi xidmətə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə yola düşür.                        
27 sentyabrda Böyük Vətən Müharibəsi başlayan gündən ön cəbhəyə yola düşmək arzusunda olduğunu deyirdi. 18 yaşlı gənc əsgər öz arzusu  ilə döyüşlərə qatılır. Bir sıra  rayonların işğaldan azad olunmasında salehin böyük qəhrəmanlığı var. O Cəbrayılda, ön cəbhədə döyüşlərə qoşuldu. 16 oktyabr 2020-ci il tarixində Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Saleh Nuriyevi minlərlə şəhər sakinin, icra nümayəndələrinin, xidmət etdiyi hərbi hissənin əsgər və zabitlərinin müşayəti ilə canı qədər sevdiyi torpağa tapşırıldı.    
Ölümündən sonra Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Nuriyev Saleh Səxavət oğlunu "Hərbi xidmətlərə görə" və "Vətən uğrunda" medalları ilə təltif edib. 
Anım mərasimində Salehin ailə üzvüləri Saleh haqqında xatirələrdən danışarkən bir cümlə diqətimi daha çox cəlb etdi. Hələ uşaq ikən o bu arzu ilə yaşayırmış  düşmənə qalib gəlməliyik Biz düşmənə qalib gəlməliyik!                       
Ənənəmizə sadiq qalaraq “Ümid” Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikova və “XeberTıme.az” informasiya portalının rəhbəri Yeganə Telmanqızı şəhidin anası Rəmziyyə Nuriyeva “Şəhid Anası” fəxri diplomu ilə təltif olundu. 
Səninlə qürur duyuruq Vətən oğlu!

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!



Vətən müharibəsi şəhidi Saleh Nuriyevin əziz xatirəsinə həsr olunmuş video çarx Mübarizlər, Fəridlər, Səbuhilər qrupunun vətənpərvər meneceri Seva xanım tərəfindən  yığılmışdır. 


Yeganə Telmanqızı 
 “XeberTıme.az”                       

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ