SON DƏQİQƏ

Vətən müharibəsi şəhidi Əzizağa Dadaşovun əziz xatirəsi yad olundu-FOTO

Tarix:20-10-2021, 00:46

Bu gün Sumqayıt şəhər Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbinin direktoru və bir sıra müəllimləri Vətən müharibəsi şəhidi Əzizağa Dadaşovun anım günü münasibəti ilə Şəhidlər Xiyabınını ziyarət etdilər.Əvvəlcə torpaqlarımız uğrunda şəhidlik zirvəsinə ucalmış şəhidlərin məzarları ziyarət etdilərək məzarları üstünə tər çiçəklər qoyuldu. Sonra bu gün anım günü qeyd olunan şəhid Dadaşov Əzizağa Ramis oğlunun məzarı ziyarət olundu. Şəhidin məzarına Sumqayıt Regional Mədəniyyət idarəsi Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbinin kollektivi adından gül əkilisi və mərmər lövhə qoyuldu. Şəhidin ailə üzvüləri hər kəsə öz təşəkkür etdi. Anası Həlimə xanım Əzizağa ilə bağlı xoş xatirələrdən danışdı və düşmənin məhv edilməsində rəşadət göstərən oğlu ilə qürur duyduğunu bildirdi. Məktəbin direktoru torpağı qanları ilə Vətən edən oğullar ilə fəxr etdiyini və onların fəth elədiyi ən  yüksək, şərəfli şəhidlik zirvəsindən söhbət açdı. Torpaqlarımızın azad olunmasında şəhid olanlara Allahdan rəhmət, ailələrinə səbr  dilədi. Anım mərasimi şəhidin böyüyüb boya-başa çatdığı evin ziyarəti ilə davam etdi. Müəllimlər evdə şəhidin adına açılan şəxsi guşə ilə tanış oldular. Sonda şəhidin ailə üzvüləri ilə birgə xatirə şəkil çəkildi.   
Xatırladaq ki, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən Dadaşov Əzizağa Ramis oğlu 1994-cü il iyulun 7-də Sumqayıt şəhər Corat qəsəbəsində sadə, zəhmətkeş bir ailədə anadan olub. 2000-ci ildə Sumqayıt şəhər 7 saylı tam orta məktəbin birinci sinifinə qədəm qoyur. Təbiətən olduqca sakit olan Əziziağa hələ uşaqlıq illərindən zəhmətkeş və Vətənə bağlı olub. 3 yaşında ikən atasını itirən ailənin yeganə oğlan övladı olan Əzizağa 14 yaşından əmək fəaliyyəti ilə məşğul olmağa başlayır, anası Həlimə xanıma 3 bacının böyüməsində bir ata kimi dəstək olur.     

Əzizağa Dadaşovun 2012-ci ilin iyul ayının 7-də 18 yaşı tamam olur və Sumqayıt şəhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarəsindən həqiqi hərbi xidmətə yola düşür. Xocavənd rayonunun Kuroptkino kənd inzibati ərazisi dairəsində yerləşən N saylı hərbi hissədə qulluğa başlayır və burada nümunəvi xidmət edirək, nümunəvi əsgərlərdən biri olur. 2014-ci ilin yanvar ayında hərbi xidmətini başa vuraraq böyüyüb boya-başa çatdığı  Sumqayıt şəhərinə dönür. Müxtəlif illərdə müəyyən peşələrdə çalışaraq ailəyə maddi dəstək olur. 2020-ci il sentyabr ayının 21-də Azərbaycanda etiyatda olan əsgər və zabit komandasına səfərbərlik elan olur. Əziziağa Dadaşov xidməti dövründə atıcı kimi təlim keçərək xidmət etdiyi üçün Qusara göndərilir. Bir müddət burada təlim keçir və Sentyabrın 27-də Vətən müharibəsi başlanan gündən ön cəbhədə şücaətlik göstərir. Füzulidə, Ağdamda, Cəbrayılda döyüş yolu keçir. 15 oktyabr anası ilə son dəfə danışır.          
16 oktyabr 2020-ci i tarixində Füzuli rayonunun Qarğabazar kəndi uğrunda gedən ağır döyüşlərdə yaralanaraq 26 yaşında şəhidlik zirvəsinə ucalır. 20 oktyabr minlərlə şəhər sakinin, şəhidin ailə üzvülərinin, yaxınlarının, icra nümayəndələrinin, döyüş yoldaşlarının müşayəti ilə canı qədər sevdiyi torpağa tapşırılır.                                                           
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra Əzizağa Dadaşov Ramis oğlu "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.  
Səninlə qürur duyuruq Vətən oğlu!

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
Yeganə Telmanqızı 
 “XeberTıme.az”                        



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ