SON DƏQİQƏ

Şəhid atası- Oğlum bayrağa çox bağlı idi- FOTO

Tarix:22-10-2021, 11:38

Vətən müharibəsi şəhidi Sultanov Zaminəlinın bu gün  anım günüdür.   
                                                                      
21.10.2021-ci il tarixində anım günü münasibəti ilə “Ümid” Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikova və cəmiyyətin bir sıra üzvüləri Saatlı rayonu Qara Nuru kəndinə ziyarət etdilər. Əvvəlcə şəhidin dəfn olduğu el qəbirsanlığında şəhidin məzarı  ziyarət edərək ruhuna dualar oxudular.


Sonra Sultanovlar ailəsini ziyarət etdilər. Şəhidin böyüdüyü ev ziyarət olundu, ailəyə hədiyyə olaraq şəhidin şəkli olan böyük lövhə və şəhidin şəxsi əşyalarını yığmaq üçün böyük bir dolab bağışlandı. 

                                                                 
Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş Sultanov Zaminəli Nazim oğlu 25 dekabr 1999-cu il Saatlı rayanu Qara Nuru kəndində sadə, zəhmətkeş bir ailədə dünyaya gəlmişdir. 2006-2017-cı  illərdə Saatlı rayanu R.Səfərov adına Qara Nuru kənd tam orta məktəbində təhsil alır. Təbiətcən olduqca sakit bir uşaq  olan Zaminəli müəllimlərinin və sinif yoldaşlarının sevimlisi idi. 2018-ci ilin yanvar ayında o, həqiqi hərbi xidmətə çağrılır. Əvvəlcə Daxili Qoşunların “N” saylı hərbi hisəsində xüsusi təyinatlı bölükdə xidmət etmişdir. Sonradan əsgəri xidmətini Tərtərin Qızıloba kəndində  davam etdirmişdir. 1 il yarım qüsursuz xidmət edir. 2019-cı ilin iyil ayında həqiqi hərbi xidmətini başa vuraraq böyüyüb boya-başa çatdığı Saatlı rayanu Qara Nuru kəndinə qayıdır. Təsərrüfat işləri ilə məşğul olmağa başlayır. Zaminəlinin uşaqlıq illərindən hərbiçi olmaq ən böyük arzusu olur. Sənədlərini yığır və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti idarəsinə təqdim etməyə hazırlaşır. Sentyabrın 27-də başlanan torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərə könüllü ərizə ilə müraciət edir, sentyabrın 29-da cəbhəyə yollanır. Ağcabədi rayonunda təlim keçir, döyüş yolu Füzulidən başlayır. Cəbrayılda, Qubadlıda qəhrəmancasına vuruşur. 18 oktyabrda valdeynləri ilə son dəfə danıışır, hər şeyin yaxşı olacağını deyir.                                                      
20 oktyabr 2020-ci ildə Qubadlı rayonu uğrunda gedən ağır döyüşlərin birində mühasirəyə düşür və böyrək nahiyyyəsindən yaralanaraq  şəhidlik zirvəsinə ucalır. 21 oktyabr ailə üzvülərinin, yüzlərlə kənd sakinlərinin, icra nümayəndələrinin, cəbhə yoldaşlarının müşayəti ilə doğulduğu Saatlı rayanu Qara Nuru kənd el qəbirsanlığında canı qədər sevdiyi torpağa tapşılır. Şəhidin üstünə örtülən Azərbaycan bayrağı böyük ehtiramla şəhidin atası Nazim kişiyə təqdim olunur. Döyüşdə göstərdiyi şücaətə, şəxsi igidliyə və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Sultanov Zaminəli Nazim oğlunu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif etmişdir.

                                                               
Azərbaycan qəhrəman analar diyarıdır. Qəhrəmanımızı böyüdən Səadət ana oğlu haqqında xoş xatirələri yada salaraq  danışdı:   

                                        

- Yeganə xanım Zaminəli mənim həm oğlum, həm dostum idi. Mən oğlumuda, dostumuda itirdim. 3 qızdan sonra tapmışdım onu. Evimin son beşik övladı idi. O balaca ürəyinə 3 bacının məhəbbətini yerləşdirmişdir Bacılarını eyni diqqətlə sevirdi, qayğılarını çəkirdi.  Zaminəli hərbiçi olmağı arzulayırdı və  hərbi formanı çox sevirdi. Müharibəyə gedəndən sonra  telefonla danışanda deyirdi ki, “Bu bir fürsətdir keçdi əlimə, Allah elə yol açdı ki, mən gəlim bura. Müharibə  bitən kimi hərbiçi kimi qalıb işləyəcəm.” Cəbhədə olanda telefonla bir dost  və ana-bala kimi də söhbət etdik: - “Ana istədiyim qız var, tezliklə gəlim elçi göndərəcəm sizi. Toy etmək istəyirəm, istəyirəm ki adət-ənənə ilə şənli-büsatlı bir toyum olsun...”  Balamla axrıncı danışığımız oktyabrın 18-də oldu, gülə-gülə danışdı, atasınada, mənədə, dedi “hər şey yaxşıdır, tezliklə görüşəcəyik...” Amma bu görüş bizə qısmət olmadı. Mən tək öz oğluma ağlamıram bir ana kimi bütün şəhid   oğullar üçün ağlayıram. Balam mənə şəhidliyi ilə fəxrli ad qoydu getdi bu dünyadan!                                                                      
Şəhidin atası Nazım Sultanov bizimlə bölüşdü:

                                                               
- Bayrağa çox bağlı bir uşaq idi. Heç unutmaram son zəng günü  hamı eyni rəngdə qırmızı məzun lenti almışdır. Zaminəli gedib Azərbaycan bayrağı olan məzun lenti alıb onunla son zəng tədbirinə getdi.

 
Zəhmətkeş, sakit bir oğlan idi. Böyük arzuları var idi. O bütün arzularını şəhidliklə əvəz etdi. Sağ olsun dövlətimiz, xalqımız daima şəhidləri və onların ailələrini diqqətdə saxlayırlar. Vətən sağ olsun!                                                                                 

“Ümid” Xeyriyyə Cəmiyyəti Raya Məlikova- “Şəhidlər bizim qələbə tariximizdir!”

                                                                               

- Vətənimizi Zaminəli kimi oğullar qorudu, Azərbaycanın mərd oğulları Qarabağı Azərbaycana qaytardı. Bizdə bir ömür xidmət etməyilik şəhid ailələrinə, qazi ailələrinə bu bizim insanlıq borcumuzdur. Biz daima yaşadığımız Sumqayıt şəhərində, eləcədə rayonlarda yaşayan şəhid ailələrini ziyarət edərək, onların yanında olmağa çalışırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı, şəhid ailələrinə səbr versin!                                          
Ənənəmizə sadiq qalaraq  “Ümid” Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikova və “XeberTıme.az” informasiya portalının rəhbəri Yeganə Telmanqızı şəhidin anası Səadət Sultanova “Şəhid Anası” fəxri diplomu ilə təltif olundu. 


 

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
              
Yeganə Telmanqızı 
 “XeberTıme.az”                                                                                                                                                                          

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ