SON DƏQİQƏ

Zirvədə bitib cənnətdə davam edən ömür+ FOTOLAR\VİDEO

Tarix:31-10-2021, 23:50

31.10.2021-ci il tarixində Sumqayıt şəhərində kəşfiyyatçı leytenant  Muradov Vüsal Cəsarət oğlunun anım günü keçirildi. 
Anım mərasimi Sumqayıt şəhər Şəhidlər Xiyabanında başlandı. Şəhidlərin əziz xatirəsi ehtiramla yad edildi, ruhlarına dualar oxundu. Şəhid Vüsal Muradovun məzarı ziyarət olunaraq gül əkililəri, çiçəklər qoyuldu Uca yaradandan rəhmət diləndi. Leytenant Vüsal Muradovun komandir olduğu kəşfiyyatçı hissənin əsgərləri  onun keçdiyi şərəfli döyüş yolundan söhbət açaraq böyük hörmətlə komandirlərini andılar. Ailə üzvüləri, döyüş yoldaşları, dostları, yaxınları onunla bağlı xoş xatirələrdən danışdlar. Mərasim şəhidin adına açılan ehsan süfrəsində davam etdirildi. Əvvəlcə torpaqlarımızın azad olunmasında şəhidlik zirvəsinə ucalanların  əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi, Azərbaycanın Dövlət Himni səsləndirildi. Tədbirə gələn qonaqlar, Müdafiə Nazirliyinin əməkdaşı Elvin Dadaşov, şəhər rəsmiləri, dini xadimlər şəhidlik zirvəsinin müqəddəsliyindən, əbədiliyindən, ucalığından söhbət açdılar. Natıqlər onu da vurğudular ki, Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan Vüsal kimi gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhid verməyən xalqın mənliyi olmaz. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!     

Anım mərasimində şəhid ailələri, Qarabağ qaziləri, icra hakimiyyətinin rəsmi nümayəndələri, media nümayəndələri, şəhər ictimayyəti iştirak edirdi.                                        
“Qafqaz-Media” İB-nin sədri və Qafqazmedia.az saytının rəhbəri,  şair, publisist, həkim-jurnalist, prezident təqaüdçüsü Hacı Azadə xanım Taleh şəhidin anası Kəmalə Muradovanı “Qafqaz-Media” İctimai Biliyi adından təsis etdiyi “Cənnət Qoxulu Şəhidim” medalı ilə təltif etdi.   
Sonda Vətən müharibəsi şəhidi Vüsal Muradovun əziz xatirəsinə həsr olunmuş video çarx nümayiş olundu. Xatırladaq ki, video çarx Mübarizlər, Fəridlər, Səbuhilər qrupunun həvəskar üzvü, vətənpərvər meneceri Seva xanım tərəfindən  yığılmışdır.                            

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı 
 “XeberTıme.az” 









 

                                               

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ