SON DƏQİQƏ

Şəhid idmançının əziz xatirəsinə turnir keçirildi- FOTO

Tarix:1-11-2021, 09:23

31.10.2021-ci il tarixində Ağstafa rayon Gənclər və İdman İdarəsi tərəfindən Vətən müharibəsi şəhidi Ələkbərov Məhəmmədəli Bayram oğlu xatirəsinə kikboksinq idman növü üzrə turnir keçirilib. İlk öncə turnir iştirakçıları Poylu kənd qəbrstanlığında şəhidin ailə üzvüləri və müharibə iştirakçıları ilə birlikdə məzarını ziyarət edərək məzarı üstünə gül dəstələri qoydular. Daha sonra Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 saylı tam orta məktəbin idman zalında təşkil olunan turnir Dövlət Himninin səslənməsi ilə başladı.  Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Açlış mərasimində Ağstafa rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Əfqanıstan veteranları İB-nin Ağstafa rayon filialının sədri Mirzahid Hacıyev çıxış edərək 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş şəhidlərimizin xatirəsini yaşatmaq və gənclər arasında təbliğ etmək məqsədi ilə keçirilən bu cür turnirlərin əhəmiyətindən, Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbənin önəmindən danışdılar. Qeyd olundu ki, şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daima yaşayacaqdir.                 
Turnirdə Qazax və Ağstafa rayonundan ümumilikdə 75 idmançı qalib adı uğrunda mübarizə aparıb. Turnirdə qalib gələn idmançılar Ağstafa rayon Gənclər və İdman İdarəsinin təsis etdiyi diplom və medallarla təltif olundular. Tədbirin sonunda şəhidin atası Bayram Əkbərov xususi olaraq turnirin "Fəxri Fərman"ı ilə təltif olundu. Şəhidin atası Bayram Əkbərov çıxış edərək turnirin təşkilatçılarına öz minnətdarlığını bildirdi.                 
Qeyd eək ki, Məhəmmədəli Bayram oğlu Ələkbərov ölümündən sonra "Vətənə xidmətə görə" 3-cü dərəcəli ordeni, "Vətən Uğurunda" medalı və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

ALLAH RƏHMƏT ELƏSİN!

“XeberTıme.az”   
 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ