SON DƏQİQƏ

Vətən müharibəsi şəhidi Allahverdiyev Vüsal Tahir oğlunun şəhidlik zirvəsinə ucalmasından 1 il ötür.- FOTO

Tarix:2-11-2021, 23:11

Vətən Müharibəsi bizə minlərlə qəhrəmanımızı yaxından tanıtdı.
30.10.2021-ci il tarixində Sumqayıt şəhərində könüllü cəbhəyə yollanaraq zəfər tarixi yazan şəhid Vüsal Allahverdiyevin anım günü keçirildi.
 Anım mərasimi Sumqayıt şəhər Şəhidlər Xiyabanında başlandı. Şəhər ictimayyəti, icra hakimiyyətinin rəsmi nümayəndələr, şəhid ailələri, Qarabağ qaziləri, N saylı hərbi hissənin zabit və əsgərləri iştirak edirdi. Şəhidlərin əziz xatirəsi ehtiramla yad olundu,  ruhlarına dualar oxundu. Şəhid Vüsal Allahverdiyevin məzarı ziyarət olunaraq gül əkililəri, çiçək dəstələri qoyuldu. Şəhidin dostları, yaxınları  Vüsal haqqında xoş xatirələrdən danışaraq hörmət və ehtiramla yad etdilər. Şəhidin təhsil aldığı Sumqayıt şəhər 23 saylı tam orta məktəbin bir sıra şagirdləri şəhidlərə, bayrağa, Vətənə aid şeirlərlə çıxış etdilər. Ailə üzvüləri, döyüş yoldaşları, Qarabağ qaziləri,  dostları, yaxınları onunla bağlı xoş xatirələrdən danışdlar. Mərasim şəhidin adına açılan ehsan süfrəsində davam etdirildi. Əvvəlcə torpaqlarımızın azad olunmasında şəhidlik zirvəsinə ucalanların  əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi, Azərbaycanın Dövlət Himni səsləndirildi. Sonra vətənpərvər müğənni Şəbnəm Turan Vüsal Allahverdiyevə haqqında mahnı ifa etdi. Anım mərasimində iştirak edən rəsmi nümayəndələr, din xadimləri şəhid aisinə baş sağlığı verərək Allahdan onlara rəhmət dilədilər: “Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhid adı müqəddəsdir, şəhidlik zirvəsi ən uca, ən ali zirvədir. Vətən uğrunda ölən varsa, vətəndir! Şəhidlik zirvəsinə ucalanların xatirəsi xalqımızın hər bir vətəndaşının qəlbində yaşayır və həmişə də yaşayacaqdır. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!”                                                                           

Sonda Vətən müharibəsi şəhidi Vüsal allahverdiyevin əziz xatirəsinə həsr olunmuş video çarx nümayiş olundu. 

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 
Yeganə Telmanqızı 
“XeberTıme.az”




 

 

                                                      

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ