SON DƏQİQƏ

Ömrün hünər zirvəsi+ FOTOLAR

Tarix:8-11-2021, 01:58

07.11.2021-ci il tarixində Vətən müharibəsi şəhidi, manqa  komandiri Abdalov Nurlan Faiq oğlunun anım günü keçirildi. 
Şəhidin ailə üzvülərinin, yaxınlarının, şəhər ictimayyətinin, Qarabağ qazilərinin, bir sıra şəhid ailələrinin, media nümayəndələrinin, din xadimlərinin, rəsmi nümayəndələrin iştirakı ilə anım mərasimi Sumqayıt şəhər Şəhidlər Xiyabanından  başlandı.  Əvvəlcə şəhidlərin əziz xatirəsi ehtiramla yad edildi, ruhlarına dualar oxundu. Şəhid Nurlan Abdalovun məzarı ziyarət olunaraq gül əkililəri, dül dəstələri qoyuldu Uca yaradandan rəhmət diləndi. Nurlan Abdalovun xidmət etdiyi hissənin gizir və zabitləri, döyüş yoldaşları  onun keçdiyi şərəfli və qürurlu döyüş yolundan söhbət açaraq böyük hörmətlə manqa komandirini xatırladılar. Ailə üzvüləri, döyüş yoldaşları, dostları, yaxınları onunla bağlı xoş xatirələrdən danışdlar.                                      
Mərasim şəhidin adına açılan ehsan süfrəsində davam etdirildi. Tədbir Azərbaycan himninin sədaları altında başladı və Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olanlar bir dəqiqəlik sükutla yad olundu.                                                           
Tədbirdə dini xadimlər, Respublikanın xalq artisti Nurəddin Mehdixanlı, millət vəkili Tahir Mirkişili şəhidin ailəsinə baş sağlığı verərək bir il öncə onların keçdikləri şərəfli döyüş yolundan söhbət açdı, zəfər tarixinə adlarını qızıl hərflərlə yazdıran şəhidlərin ruhu unudulmayaraq hər zaman qəlbimizdə yaşayacağından  söhbət açdılar. Şəhidlik zirvəsinin müqəddəsliyindən, əbədiliyindən, ucalığından danışdılar.  Natıqlər onu da vurğudular ki, düşmən qarşısında inamla dayanıb, Vətənimizi, torpaqlarımızı qoruyarkən şəhid olan Nurlan kimi gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr versin! Kiçik qiraətçi Aylin Ağayeva “Şəhid atası” şeiri ilə maraqlı çıxış etdi.                        
Sonda Vətən müharibəsi şəhidi MAHHXHQ-manqa komandiri Nurlan Abdalovun əziz xatirəsinə həsr olunmuş video çarx nümayiş olundu. Xatırladaq ki, video çarx mantajçı, operator Yusif Abbasoğlu tərəfindən  yığılmışdır.                            

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

 
Yeganə Telmanqızı 
 “XeberTıme.az”     


                                                

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ