SON DƏQİQƏ

Şəhidlər qürurumuzdur-FOTO

Tarix:11-11-2021, 08:11

Şəhidlik hər kəsə qismət olmur. Şəhidlər Allah məqamına yüksələn ən hörmətli, şərafətli şəxslərdir.44 günlük vətən müharibəsində ordumuz şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına torpaqlarımızı yağı taptagından azad etdilər. Bu müharibədə 3 min nəfərə yaxın şəhid verdik. Şəhidlərimizə dövlətimiz və xalqımız hər zaman diqqət və qayğı göstərirlər.
Vətənimizin azadlığı uğrunda, ərazi bütövlüyümüzü qoruyarkən igidlik göstərmiş vətənimizin igid  oğullarından biri haqqında söhbət açmaq istərdim.
Şəhid Vəliyev Müslüm Vəliağa oğlu 3 iyul 2001-ci ildə Bakı şəhərinin Şüvəlan qəsəbəsində dünyaya göz açmışdır. Orta təhsilini 9 illik A.S.Makeronka adına Humanitar Fənlər Təmayüllü Gimnaziyada almışdır. Orta məktəbi bitirdikdən sonra 2019-cu ildə hərbi xidmətə çağırılmış və  Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun əsgəri Vəliyev Müslüm 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərkibində təcavüzkar  ermənistan və rus  ordusunun  işğalı altında olan ərazilərimizin  azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. 
28 sentyabr 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən Suqovuşan qəsəbəsinin işğalçılardan azad olunması uğrunda gedən qanlı⁸ döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Qala qəbiristanlığında torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Müslüm Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı və Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Prezident İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Müslüm  Vəliağa oğlu Vəliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Şəhidlər özlərinə əbədi bir cənnət yolu seçiblər.
Şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayır, yaşayır və yaşayacaqdır.

Rauf İlyasoğlu      
“XeberTıme.az”




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ