SON DƏQİQƏ

Bir ömrün qəhrəmanlıq zirvəsi -FOTO

Tarix:12-11-2021, 10:06

11.11.2021-ci il tarixində bizə Qələbə sevincini yaşadan Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, Vətən müharibəsi qəhrəmanı, şəhid Niftəliyev Mehrab Söhrab oğlunun anım günü idi.

Anım mərasimi Sumqayıt şəhər Şəhidlər Xiyabanında başlandı. Şəhidlərin əziz xatirəsi ehtiramla yad edildi, ruhlarına dualar oxundu. Şəhid Mehrab  Niftəliyevin məzarı ziyarət olunaraq xidmət etdiyi hərbi hissənin gizir və zabitləri tərəfindən və Sumqayıt şəhər icra hakimiyyəti, bir sıra rəsmilər, şəhər ictimayyəti və ailə üzvüləri tərəfindən gül əkililəri, çiçəklər qoyuldu Uca yaradandan rəhmət diləndi. Baş gizir Niftəliyev xidmət etdiyi kəşfiyyatçı hissənin əsgərlər və zabitləri, döyüşçü yoldaşları  onun qüsursuz xidmətindən, şərəfli  və çətin döyüş yolundan söhbət açaraq böyük hörmətlə andılar. Ailə üzvüləri, döyüş yoldaşları, dostları, yaxınları onunla bağlı xoş xatirələrdən danışdlar.                                                 Mərasim şəhidin adına açılan ehsan süfrəsində davam etdirildi. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirildi, torpaqlarımızın azad olunmasında şəhidlik zirvəsinə ucalanların   əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Tədbirə gələn Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, icra nümayəndələri, bir sıra müəssə və təşkilat rəhbərləri, Qarabağ qaziləri, iş adamları, qonaqlar, şəhid ailələri, din xadimlər şəhidlik zirvəsinin müqəddəsliyindən, əbədiliyindən, ucalığından söhbət açdılar. Natıqlər onu da vurğudular ki, Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan Mehrab kimi gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olaraq adını qızıl hərflərlə tarixə salırsa bu, xalqımızın böyüklüyüdür. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. Hər birimizin vətəndaşlıq borcudur ki, bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq. Allah cəmi şəhidlərimizə rəhmət eləsin!                                                                                                       
Anım mərasimində bir sıra media nümayəndələridə iştirak edirdi. “Qafqaz-Media” İB-nin sədri və Qafqazmedia.az saytının rəhbəri,  şair, publisist, həkim-jurnalist,  prezident təqaüdçüsü Hacı Azadə xanım Taleh şəhidin anası Xalidə Niftəliyevanı “Qafqaz-Media” İctimai Biliyi adından təsis etdiyi “Cənnət Qoxulu Şəhidim” medalı ilə təltif etdi.                                      
Ənənəmizə sadiq qalaraq  “Ümid” Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikova və “XeberTıme.az” informasiya portalının rəhbəri Yeganə Telmanqızı tərəfindən şəhidin anası Xalidə Niftəliyeva “Şəhid Anası ” fəxri diplomunu  və şəhidin şəxsi guşəsi üçün müqəddəs kitabımız olan “Quran”ı Vətən müharibəsi qazisi, fəxrimiz Camal Alxasov təqdim etdi. 
Sonda Vətən Müharibəsi Qəhrəmanı, baş gizir, şəhid Mehrab  Niftəliyevin əziz xatirəsinə həsr olunmuş  video çarx nümayiş olundu. 

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 
Yeganə Telmanqızı 
 “XeberTıme.az” 



                                         

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ