SON DƏQİQƏ

Nakam ömrün şəhidlik zirvəsi+ FOTOLAR\VİDEO

Tarix:12-11-2021, 23:36

Bu gün hər anı bir qəhrəmanlıq salnaməsinə çevrilmiş 44 günlük Vətən müharibəmizin  qanı ilə tarix yazan qəhrəmanlarından birinin-  Xüsusi Təyinatlı Qüvvələrin ən gənc əsgəri- Şəhid Səbuhi Həsənquliyevin anım günü idi.                                                                                    Anım mərasimi Sumqayıt şəhər Şəhidlər Xiyabanından başlandı. Şəhidlərin əziz xatirəsi ehtiramla yad edildi, ruhlarına dualar oxundu. Şəhid Səbuhi Həsənquliyevin məzarı ziyarət olunaraq ailənin yaxınları, şəhidin xidmət etdiyi hərbi hissənin gizir və zabitləri tərəfindən gül əkililəri, çiçəklər qoyuldu. Uca yaradandan cəmi şəhidlərimizə rəhmət, ailələrinə səbr diləndi. Əsgər Həsənquliyevin döyüş yoldaşları onun keçdiyi şərəfli  və çətin döyüş yolundan söhbət açaraq böyük hörmətlə andılar. Ailə üzvüləri, döyüş yoldaşları, dostları, yaxınları onunla bağlı xoş xatirələrdən danışdlar.
Mərasim şəhidin adına açılan ehsan süfrəsində davam etdirildi. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirildi, torpaqlarımızın azad olunmasında şəhidlik zirvəsinə ucalanların  əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Tədbirə gələn Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, icra nümayəndələri, bir sıra müəssə və təşkilat rəhbərləri, Qarabağ qaziləri, iş adamları, qonaqlar, şəhid ailələri, media nümayəndələri, din xadimlər şəhidlik zirvəsinin müqəddəsliyindən, əbədiliyindən, ucalığından söhbət açdılar. Natıqlər onu da vurğudular ki, gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olaraq adını qızıl hərflərlə tarixə salırsa bu, xalqımızın böyüklüyüdür. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. Sən sağ olasan, Vətən! Daha bir gənc sənin müqəddəsliyin uğrunda gözünü qırpmadan canını fəda etdi.  Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq. Allah cəmi şəhidlərimizə rəhmət eləsin!                                                          
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixində imzaladığı sərancam əsasında ölümündən sonra Həsənquliyev Səbuhi Əlixan oğlunu  “Vətən uğrunda” medalı ilə təltif etmişdir. Anım günündə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Sumqayıt şəhər baş idarəsinin rəisi  general-mayor Natiq Qarayev şəhidin medalını valdeynlərinə təqdim etdi.                                                       
Xatırladaq ki, anım günündə Respublikanın Əməkdar artisti, qiraətçi  Ağalar Bayramov,  Respublikanın xalq artisti Gülyanaq Məmmədovada iştirak edərək şəhid ailəsinə baş sağlığı verdilər. Mubarizlər, Fəridlər, Sabuhilər qrupunun rəhbəri Əziz Əzizov qrup üzvü şairə-yazar Rasimə Könülün Şuşa fatehi Səbuhi Həsənaliyevin əziz xatirəsinə həsr etdiyi seiri söylədi.  Tədbirin aparıcısı vətənpərvər müğənni, aparıcı Şəbnəm Turan idi.  

Ənənəmizə sadiq qalaraq  “Ümid”  Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikova və  “XeberTıme.az” informasiya portalının rəhbəri Yeganə Telmanqızı tərəfindən şəhidin anası Maisə Həsənquliyevaya “Şəhid Anası ” fəxri diplomunu  və şəhidin şəxsi guşəsi üçün gənc rəssam Ayxan İsayevin hazırladığı şəhidin rəsmindən ibarət əsər təqdim olundu.                                                                                                  
Sonda Xüsusi Təyinatlı Qüvvələrin ən gənc əsgəri şəhid Səbuhi Həsənquliyevin əziz xatirəsinə həsr olunmuş  video çarx nümayiş olundu. 
                                                                

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 
Yeganə Telmanqızı 
 
“XeberTıme.az”                                     
Vətən müharibəsi şəhidi XTQ-nin ən gənc əsgəri Səbuhi Həsənquliyevin əziz xatirəsinə həsr olunmuş video çarxı Mübarizlər, Fəridlər, Səbuhilər qrupunun üzvüləri gənc xanəndə Sevinc Süleymanzadə və Lalə Süleymanzadə tərəfindən hazırlanmışdır. 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ