SON DƏQİQƏ

Şəhidlərin bizlərə yox, bizim şəhidlərimizə ehtiyacımız var

Tarix:13-11-2021, 09:33

Qazax rayonunun Əlillər və Qayğı ictimai birliyinin sədri   Seyfəddin Məmmədovun  təşkilatçılığı ilə rayonun Qaymaqlı kəndində uyuyan  şəhid  Babayev Asəf Səfəralı oğlunun  anım günü keçirilmişdir.Səhidinnailə üzvlərinin, kənd sakinlərinin, bir qrup ziyalıların iştirakı ilə cəmi şəhidlərimizin ruhlarına dualar özündə və şəhid Asəf Babayevin məzarı ziyarət olundu..
Asəf Səfəralı oğlu Babayev  1994 cu ildə  Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdu.. Neft Akademiyasını bitirmişdi.44 günlük Vətən müharibəsində könüllü olaraq cəbhəyə getmişdi. 2020 - ci ilin oktyabr ayininn 29 da ərazi bütövlüyümüzü qoruyarkən və  işğalçı düşmənləri torpağımızdan qovarkən  qəhrəmancasına vuruşaraq  şəhid olmuşdur və doğulduğu kəndində dəfn olunmuşdur.
Şəhidlər ən uca məqama yuksəliblər.
Əlbətdə ki, şəhidlərin bizlərə ehtiyacı yoxdur, bizim  hər zaman şəhidlərimizə ehtiyacımız var.
Şəhidlər heç vaxt  unudulmur.Səhidlər Allahın ən pak bəndələridirlər.
Allahdan cəmi şəhidlərimizə rəhmət diləyir, qazılərimizə şəfa, igid əsgər və zabitlərimizə can sağlığı və möhkəm iradə, şəhid ailələrinə səbr, xalqımıza firavan günlər arzulayırıq.
Rauf İlyasoğlu, 
Aygün Hüseyn.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ