SON DƏQİQƏ

Ağstafada şəhidlərimizin əziz xatirəsi anıldı-FOTOLAR

Tarix:13-11-2021, 10:02

Şəhidlərimizin xatirəsi qürurla anıldı. 
Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixini yazdı. Bu tarixi yazan igid şəhid oğullarımızın artıq şəhadətə yüksəldiyi günlərdən bir il ötür. Hər bir Azərbaycanlı ötən hər bir günü şəhidləri fəxrlə andı, qazilərinin hər zaman qayğısında oldu. Bu gün qəhrəmanlıqları ilə əbədiyyətə qovuşmuş şəhidlərimiz  Əlizadə Xəyal və Abdullayev Nihadın vəfatının ildönümü ilə əlaqədar olaraq Ağstafa Şəhidlər Xiyabanında anım mərasimləri keçirildi. Mərasimdə gənclər, müharibə veteranları, qazilər, şəhər rəsmiləri iştirak etdilər. Anım mərasimində şəhidlərimizin qəhrəmanlıq səlnamələrindən, onların keçdiyi şərəfli döyüş yolundan danışıldı. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının ruhlarına dualar oxundu. Allah cəmi şəhidlərimizə rəhmət eləsin! 

Mirzahid Hacıyev                                                                         
Hərbi ekspert

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ