SON DƏQİQƏ

Vətən müharibəsi şəhidi Royal Mədətovun əziz xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı oldu-FOTOLAR

Tarix:25-11-2021, 23:26

44 günlük Zəfər yolunda son nəfəslərə qədər mübarizə aparan Vətən müharibəsi şəhidlərini dərin hörmət və ehtiramla anırıq.
25 noyabr 2021-ci il tarixində  Qazax rayonunda  44-günlük Vətən müharibəsində igidlik göstərərək şəhidlik zirvəsinə ucalan XTQ-nin giziri, qəhrəman Royal Mədətovun əziz xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılış mərasimi oldu. 
Əvvəlcə şəhidimizin təhsil aldığı Canallı kənd orta məktəbinin müəllim və şagird kollektivinin iştirakı ilə vətənpərvər şüarlarla  yürüş keçirildi. Mərasimdə kənd sakinləri, şəhid ailələri, qazilərimiz, aidiyyati Dövlət qurumlarının nümayəndələri iştirak etdilər. Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək şəhid Royal Mədətovun keçdiyi şanlı doyüşü haqqında mərasim iştirakçılarına ətraflı məlumat verdi. Cənab başçı onu da bildirdi ki; “Bu gün həmdə Qarabağın bir parçası, səfalı məkanlarımızdan biri olan Kəlbəcərin azad olunduğu gündür. 2020-ci il 25 noyabr tarixi – şanlı gün kimi tariximizə yazıldı. İşğaldan azad olunan torpaqlarımız baradə, Zəfər tarixini Ali Baş Komandan İlham Əliyev cənabları yürütdüyü düzgün siyasət, şəhidlərimizin, qazilərimizin cəsurluqla döyüşü və qanı bahasına qazandıq. Onlar hər biri qələbə tarixinin bir səlnaməsidir.”                                                          

Qəhrəman şəhidimiz  ruhun şad olsun.
Vətən üçün canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!

Mirzahid Hacıyev                                                                          
Hərbi ekspert


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ