SON DƏQİQƏ

18 illik ömrün şəhidlik zirvəsi –Əli Vəliyev

Tarix:29-11-2021, 09:25

Vətənin azadlığı yolunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümləri ilə ölümsüzlüyə qovuşur. 28.11.2021-ci il tarixində Sumqayıt şəhərində 44 günlük Vətən müharibəsində  qanı ilə tarix yazan qəhrəmanlarından birinin əsgər Əli Vəliyevin anım günü idi.  
Anım mərasimi Sumqayıt şəhər Şəhidlər Xiyabanında başlandı. Şəhidlərin əziz xatirəsi ehtiramla yad edildi, ruhlarına dualar oxundu. Şəhid Əli Vəliyevin ailə üzvüləri, yaxınları, dostları onun məzarını ziyarət edərək gül əkililəri, çiçəklər qoydular. Əli ilə bağlı xoş xatirələrdən danışdılar.  Uca yaradandan cəmi şəhidlərimizə rəhmət, ailələrinə səbr diləndi. Əsgər Vəliyevin keçdiyi şərəfli  və çətin döyüş yolundan söhbət açaraq böyük hörmətlə andılar. 

Mərasim şəhidin adına açılan ehsan süfrəsində davam etdirildi. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirildi, torpaqlarımızın azad olunmasında şəhidlik zirvəsinə ucalanların  əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Sumqayıt şəhidlərinin əziz xatirəsinə həsr olunmuş film izlənildi. Tədbirə gələn Sumqayıt şəhər icra hakimiyyətinin nümayəndələri, şəhid ailələri, bir sıra müəssə və təşkilat rəhbərləri, Qarabağ qaziləri, qonaqlar,  media nümayəndələri, din xadimlər şəhidlik zirvəsinin müqəddəsliyindən, əbədiliyindən, ucalığından söhbət açdılar. Şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımız daim qəlbimizdə yaşayacaqdır. Allah cəmi şəhidlərimizə rəhmət eləsin!                                                                                         
Anım mərasimində şəhid Hüseynov Elçinin anası yazar Sahibə Gəncəlinin “Yarıda qalan arzular” kirtabını şəhidin nənəsi Sara xanıma təqdim etdi. Xatırladaq ki, kitabda bir sıra şəhidlər haqqında matreal dərc olunub, eləcədə şəhid Əli Vəliyev haqqında yazı da bu kitabda yer alıb.      
Tədbirdə Sumqayıt şəhər 64 saylı uşaq baxçasının tərbiyəçi müəlliməsi Qəmər Muradovanın rəhbərlik etdiyi qrupun  uşaqları maraqlı  kompazisiyalarla çıxışlar edərək tədbirə rəng qatdılar.  Əfsanəvi general-mayor Polad Həşimovun anası Səmayə Həşimova bütün şəhid ailələrinə baş sağlığı verdi. 
Ənənəmizə sadiq qalaraq  “Ümid”  Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikova və  “XeberTıme.az” informasiya portalının rəhbəri Yeganə Telmanqızı tərəfindən şəhidin nənəsi Sara Vəliyevaya “Şəhid Anası ” fəxri diplomunu  və şəhidin şəxsi guşəsi üçün gənc rəssam Ayxan İsayevin hazırladığı şəhidin rəsmindən ibarət “Zəfər Çələngi” və güllərdən ibarət suviner təqdim olundu.  Sonda şəhid Əli Vəliyevi böyüdüb boya-başa çatdıran nənəsi Sara Vəliyeva  tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirdi.                                                 
                                                                
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

 
Yeganə Telmanqızı 
“XeberTıme.az”





FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ