SON DƏQİQƏ

İlk şəhid qadın jurnalist Salatın Əsgərovanın bu gün doğum günüdür

Tarix:16-12-2021, 11:48

Azərbaycanın qəhrəman qızıİlk şəhid qadın jurnalist Salatın Əsgərovanın bu gün doğum günüdür  
Əsgərova Salatın Əziz qızı 1961-ci ildə dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olub. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna indiki Azərbaycan Dövlət Akademiyasına daxil olub. Salatın Əsgərova uşaqlıqdan öz möhkəm iradəsi ilə seçilirdi.1988-1989-cu illərdə Qarabağda baş verən hadisələr, azərbaycanlıların başına gətirilən hadisələr Salatın Əsgərovanı tamam başqa sahəyə gətirir. Universitetin Mühəndislik fakultəsini bitirsə də, o jurnalist kimi fəaliyyət göstərməyə başlayır. Mühəndis diplomu olsa da, ədəbiyyata olan həvəsi onu jurnalistika aləminə yönəldir. O, əvvəlcə qələmini ştatdankənar müxbir kimi sınayır. Sonra “Baku” və “Molodyoj Azerbaydjana” qəzetlərində müxtəlif mövzularda çıxışlar etməyə başlayır. Onun toxunduğu məsələlər həyatımızın ən vacib problemləri ilə bağlı idi. Qarabağ dərdi, torpaqlarımızın bütövlüyü onun yazılarının başlıca mövzularına çevrilmişdi. O, tez-tez cəbhə xəttinə gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı. Həmçinin heç nədən qorxmadan dəfələrlə erməni kəndlərinə gedib, onları yanlış yoldan geri çağırmağa çalışır.
Hazırladığı reportajlarla müharibənin ən qızğın nöqtələrindən xəbər verən Salatın qısa müddət ərzində geniş oxucu kütləsi yığmağı bacarır. Bir oğul anası olan Salatın onun gələcəyi, əmin-amanlıq içərisində yaşaması üçün bu çətin yolu seçmişdi. 
Ailəsi, iş yoldaşlan ondan bərk nigaran idilər. Dəfələrlə onun döyüş bölgəsinə getməyinin qarşısını almağa çalışsalar da, heç nəyə nail ola bilmirdilər. Salatın bir rus zabitinin maşınına əyləşərək erməni kəndlərinin birinə yollanır. O, kənd dükanının yanında adamlarla söhbət edir, onları təhrikə uymamağa, barışığa çağırır. Az qalır ki, bu sözlərə görə azğınlaşmış erməni yaraqlılan onu güllələsinlər. Rus zabiti Salatını güclə aradan çıxarır. Lakin aldığı yaralardan onun özü həlak olur.
Hər zaman olduğu kimi yenə əcəl ölüm zəngini vaxtında çalmır. 1991-ci il 9 yanvar... O, Laçından Şuşaya gəlirdi. Yolun 6-cı kilometrliyində, Qaladərəsi kəndi yaxınlığında erməni quldurları maşını yaxın məsafədən atəşə tuturlar. Tanınmış jurnalist, “Molodyoj Azerbaydjana” qəzetinin əməkdaşı Salatın Əsgərova vəhşicəsinə qətlə yetirilir və o ən uca zirvəyə şəhidlik  zirvəsinə ucalır. Daim ön cəbhədə olan Salatın Əsgərova bir gün ordan geri dönə bilmir. İnsanlar onun yazılarını gözləyərkən ölüm xəbəri gəlir.  
Qeyrətli vətən qızı Salatından geriyə torpaq üçün göstərdiyi qəhrəmanlıqları, vaxtında hazırladığı reportajları və bir oğlu qaldı. Hazırda o da anasının yolunu davam etdirərək jurnalist kimi fəaliyyət göstərir. Ceyhun Əsgərov hal-hazırda tanınmış telejurnalisdi.
 Azərbaycanın qəhrəman qızı Bakıda Şəhidlər Xiyabanında dəfn olunur. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Salatın Əziz qızı Əsgərovaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilir. 
Ölümündən sonra Beynəlxalq Jurnalistlər İttifaqı Konfederasiyasının laureatı adına layiq görülüb. Hazırda Bakı şəhərində adına bir küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri də onun adını daşıyır. “Təfəkkür” Universitetində büstü qoyulmuşdur. Yaşadığı binaya barelyefi vurulmuşdur. Yaxınlığında həlak olduğu Şuşa rayonunun  kəndi “Salatınkənd adlanır”.       

Mənim fikrimcə qəhrəman yaranmır, qəhrəman doğulur. Salatın Əsgərovada qəhrəman doğulan Azərbaycanın mərd qızı idi. Yeni yaşın mübarək. Nur içində yatasan şəhid bacım!

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!  

Yeganə Telmanqızı
 “XeberTıme.az”
     
                                                                                   
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ