SON DƏQİQƏ

Ümid Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikova Goranboyda şəhid ailələri görüşdü- FOTOLAR

Tarix:20-12-2021, 02:10

Gənc rəssam Ayxan İsayev və “Ümid” Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikovanın təşkilatçılığı ilə Goranboy rayonunda şəhid ailələri ilə görüş keçirildi. 

Əvvəlcə Goranboy rayonunda  Şəhidlər Xiyabanını ziyarət etdilər. Ərazi bütövlüyünün bərpa olunmasında canından keçən şəhidlərin ruhuna dualar oxundu, Allahdan onlara rəhmət diləndi. Şəhid ailələri ilə görüş Goranboy rayonu mədəniyyət evində davam etdirildi. Torpaqlarımızın azad olunmasında şəhidlik zirvəsinə ucalanların   əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.                              

Natiqlər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində tarixi qələbəsindən danışaraq, rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək Azərbaycanın ərazi bütövlüyünü təmin etməyindən söhbət açdıalr. Şəhidlərimiz bizə əyilən vüqarımızı, qürurumuzu qaytardılar.                                                                                     

Sonra vətənpərvər rəssam Ayxan İsayev hərbi-vətənpərvərlik mövzusunda dekorativ-tətbiqi sənət əsərlərindən ibarət "Zəfər Cələngi" adlı əl işlərini şəhid ailələrinə təqdim etdi. Şəhid ailələri hər biri onlara təqdim olunan "Zəfər Cələngi"-ndən məmnun olduqlarını bildirərək bu suvineri  şəhidin şəxsi əşyalarından ibarət ev muzeyində saxlayacaqlarını bildirdilər.   

Tədbirin sonunda xatirə şəkillər çəkildi.

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq! 
Yeganə Telmanqızı 
 
“XeberTıme.az”


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ