SON DƏQİQƏ

Əsrlər, qərinələr keçəcək, amma şəhidlərimiz heç zaman unudulmayacaqdır!

Tarix:21-12-2021, 01:05

44 gün davam edən Vətən müharibəsində bizə qələbə qazandıran vətənin igid oğullarından biri də Adəm İlqar oğlu Əliyevdir.
19.11.2000-ci ildə .Ağdamın Üçoğlan kəndində  dünyaya göz açmış Adəm iki yaşında ikən valideynləri  ilə birlikdə 15.11.2002 ildə Kürdəmirə köçüblər və kirayədə yaşayıblar.15.09.2006 -cı ildə Tofiq İsmayılov adına 1N-li tam orta məktəbin -ci sınifə gedib. 2017 da tam orta məktəbi bitirib. Adəm hələ məktəbli olarkən idmanla , musiqi ilə məşqul olub. Ədəbiyyata marağı böyük olub. Arabir yazı da yazırmış.Həm də repçi idi. Allah ona elə bil xüsusi istedad vermişdi. 
O, 01.01 2018-ci ildə Bakıya Əczaçılıq kursuna yazılıb. 01.01.2019-cu ildə həmin  kursu bitirib. 07.01.2019 - cu ildə  həqiqi hərbi xidmətə yollanıb. 3 ay Gəncədə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qulluq edib.                                                              
Aprel ayında Daşkəsən rayonunun  Xoşbulaq kəndindəki  191 saylı hərbi  hissədə ön cəhbədə xidmətini davam etdirib. Qulluq etdiyi müddətdə komandirləri tərəfindən   bir necə dəfə  fəxri fərman, təşəkkürnəmə  ilə təltif olunub.                                                 
23.07.2020- ci ildə hərbi qulluğunu   başa vursa da, MAXE hərbi qulluqçu kimi xidmət etməyə müraciət edir. Sənədləri qəbul olur və A.Əliyev MAHHXH qulluqçusu vəzifəsində işləməyə başlayır.                            
12.08.2020- ci ildə   Daşkəsən rayonunun  Xoşbulaq kəndində yerləşən N saylı hərbi hissədə MAHHXH qulluqçusu vəzifəsində xidmətə başlayır. İlk gündən güclü təlimlər keçirlər.
Adəmin anası Akifə xanımın dediklərindən: 
"27 oktyabr 2020- ci il 2-ci Qarabag müharibəsi başlayan günü onları Kəlbəcər istiqamətində döyüşə yollayıblar. Çox güclü döyüşlər gedib, 5-6 erməni postunu azad ediblər. Adəm manqa komandiri idi. Döyüş dostlarına qarşı çox diqqətcil və qayğıkeş idi.         

Sentyabrın 27- də 11 saat mühasirədə qalsalar da sonra 2 şəhid bir neçə yaralı ilə mühasirədən çıxıblar..Sentyabrın 28-də günorta saatlarında evə zəng vurub, hər şeyin qaydasında olduğunu dedi və bu onun son danışığı oldu.
Axşam saat 10-11 radələrində şəhid xəbərı gəldi..
Mən oğluma müharibənin  başlandığını dedim.  Adəm isə mənə təskinlik vermək üçün dedi ki, hər deyilənə inanma.Amma inşallah ki, müharibə başlayar, biz bunu səbirsizliklə  gözləyirik.
Əfsanəvi general-mayorumuz- Polad Həşimovun, şəhidlərimizin qisasını almağı Allah bizə nəsib etsin..

Biz bu dəfə mütləq qalib olacayıq. İşğalçı düşmənləri yurdumuzdan qovacağıq.
Ana, sən bizə dua et. Ana duasına ehtiyacımız var. Sən özün bilirsən ki, mən ağlım kəsəndən Kərbəla şəhidi olmağı arzulamışam.                                               

Allah mənim bu arzumu Qarabağ uğrunda şəhid olmaqla həyata keçirsin. Birdən şəhid olsam, heç vaxt ağlama. Mənimlə fəxr elə, necə ki, həmişə fəxr etmisən!                                              
Ana! Bircə sən özündən muğayat ol ki, mən də rahat ölüm....           
Mən balamın sakitcə bir nəfəsə  dediyi bu sözləri susaraq göz yaşları içərisində dinlədim. Əslində var gücümlə qışqırmaq, fəryad etmək  istəyirdim, amma susdum.   
Bircə kəlmə "Adəm! Sənin   qalıb  ordunun qəhrəman oğlu olaraq sağ -salamat  qayıtmağını istəyirəm" dedim.                                                                     
Çünki, bilirdim ki, Adəm həmişə öz məqsədinə doğru gedən oğul idi.   
Adəmin  15 yaş olanda   Aprel döyüşçümüz, baş leytenant Abubəkir İsmayılov şəhid olarkən, onda söz vermişdi  və həmişə deyirdi ki, bizim qisasımız var.. Və bilirdim ki, Adəm qisasın dalınca sonda ölüm də olsa, gedəcək. Getdi və qişasını da düşmənlərdən aldı. Özümə söz verdim ki, ağlamayacağım. Axı Adəmə söz vermişəm? Bu mənim Adəmlə son danışığım oldu.             
28 sentyabrda axşam tərəfi  yaralı xəbəri gəldi. Adəmin böyük qardaşı Arif də döyüşürdü.  Adəm səhid olduğuna görə  Arifə komandirləri icazə verdilər və gəlib kiçik qardaşının dəfnində iştirak etdi. Adəm Kürdəmirin ilk şəhidi idi. Balam Vətən yolunda, şəhid olmuşdu.       
Sentyabrın 29-da  Kürdəmir rayonundakı  Şəhidlər Xiyabanında dəfn olundu.
Şəhidlik zirvəsinə ucaldıqdan sonra Əliyev Adəm İlqar oğlu döyüşdə göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən "Vətən uğrunda", "Cəsur döyüşcü","Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Qürurlu şəhid anasının gözlərinə baxa bilməsəm də səlist, məntiqli, cəsarətli danışığına qulaq asaraq göz yaşlarıma hakim kəsilə bilmirdim .
Nur üzlü şəhid Adəmin cəsarətinə heyran qalmışdım. Çətinliklə böyüsə də Adəm vətənini, torpağını hər şeydən üstün tutdu. Xalqımızın namusunu qorudu.    

Şəhidlərimizin qisasını aldı və özü də şəhadətə qovuşaraq ən yüksək məqama yüksəldi.
Ruhun şad olsun Adəm! 
Əsrlər, qərinələr  keçəcək, amma şəhidlərimiz heç vaxt unudulmayacaqdır.

Rauf İlyasoğlu.                                                                   
“XeberTıme.az”  


 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ