SON DƏQİQƏ

Əfsənəvi qəhrəman general-mayor Polad Həşimovun xatirəsi yad edildi- FOTOLAR

Tarix:3-01-2022, 02:46

02.12.2021-ci il tarixində II Fəxri Xiyabanda general-mayor Polad Həşimovun doğum günü məzarı ziyarət olundu. 
Azərbaycanın Milli Qəhərəmanı, general-mayor Polad Həşimovun   ailə üzvüləri, yaxınları, Müdafiə Nazirliyinin zabit və əsgərləri, Azərbaycanın bir sıra bölgələrində yaşayan şəhid ailələri, Qarabağ qaziləri, media nümayəndələri, təşkilat və müəssə rəhbərləri, Sumqayıt şəhər icra başçısının müavini Teymur Səmədov, Təhsil şöbəsinin müdiri Arzu Alızadə, Sumqayıt Cümə məscidinin axundu Hacı Rauf Sərdarov, icra nümayəndəsi Ceyhun Məmmədov və bir sıra rəsmi nümayəndələr şəhidin məzaranı ziyarət etdilər. Şəhidin ailəsinə başsağlığı verildi, məzarı üzərinə gül dəstələri və gül çələngləri qoyuldu, xatirəsi hörmət və ehtiramla anıldı.      
Tədbir şəhidin adına açılan ehsan süfrəsində davam etdirildi. Ailənin yanında olaraq onun dərədinə şərik olanların sırasında şəhidin adını daşıyan bir sıra siniflərin müəllimləri və şagirdləri də iştirak edirdilər. Şəhidin şəxsi ev muzeyinə hədiyyələr təqdim olundu, şagirdlər seirlər söylədilər. Şəhidin anası Səmayə Həşimova, ailə üzvüləri, Polad Həşimovu tanıyanlar, xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri general-mayor haqqında xoş xatirələrdən danışdılar.    
Yeni yaşın mübarək türk dünyasının əfsanəvi genaralı!  

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
 “XeberTıme.az”


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ