SON DƏQİQƏ

Şəhidlər qururumuz, and yerimizdir

Tarix:14-02-2022, 01:51

Tacəddin İsmayılzadə 44 günlük Vətən müharibəsində Ağdam, Füzuli və Cəbrayılın azad olunmasında igidliklər göstərərək şəhidlik zirvəsinə ucalmişdir.
Bu döyüşlərin birində ağır yaralanaraq 128 gün koma vəziyyətində qalaraq olum və ölümlə mübarizə aparan nur üzlü   qeyrətli ogulun  bu gün anım günü- il donümüdür.
Tacəddin İsmayılzadə Sumqayıtda Şəhidlər xiyabanında uyuyur.                                                                    Onu da qeyd edim ki, qardaşım oğlu Asiman Allahverdiyev də Sumqayıt Şəhidlər Xiyabanında Tacəddin balamızla yanaşı əbədiyyata qovuşublar. Hər bir şəhid mənə doğma və əzizdir. Cəmi şəhidlərimizin   ruhları şad olsun. Məkanları cənnətdir   şəhidlərimizin. Şəhidlər hər zaman xalqımızın yaddaşında  əbədi yaşayırlar.                                                       Xüsusilə qeyd edim ki,  beynəlmiləl və gənclər şəhəri kimi danıdiğımız   Sumqayıt şəhər sakinləri və səhər   icra hakimiyyəti rəhbərləri həqiqətən də   şəhid ailələrinə, qazilərımızə   daha çox diqqət və qayğı göstərirlər.                                                                                     Şəhid Ailələrinə Sosial Dəstək ictimai birliyinin sədri, şəhid ailəsi Almaz Zeynalovanın təşəbbüsü ilə Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Həkəri” qəzetinin xüsusi buraxılışını çap edərək Qəhrəmanımızı dünyaya tanıtmağı özümüzə  mənəvi borc bildik. 
Şəhidlər qururumuz , and yerimizdir. Səhidlər cənnətlə müjdələnmis və Allahın pak bəndələridirlər. Cəmi şəhidlərimizə Allahdan rəhmət diləyir, ailə üzvlərinə, doğmalarına səbr diləyirəm. Şəhid Tacəddinin və Anası Aygün xanımın dilindən bu şeiri ürək ağrısıyla yazaraq diqqətcil oxucularımla paylaşıram .
 
Şəhid Tacəddinin dilindən ; 
 
Elə bil xəyalda, yuxudayam mən, 
Mənim yoxlugumu hiss etdin ,ana! 
Gozlərin axtardı,tapmadı  məni, 
Səni sənsizlikdə hiss etdim ,ana! 
 
Arayıb, axtarır gözlərim  gəzir, 
Səbrin də qalmayıb dözürsən, ana! 
Ağlama, göz yaşın qəlbimi üzür.
Məni xəyallarda gəzərsən, ana! 
 
Şəhidlər qanıyla tarix yazırlar, 
Bizi böyütmüsən mübariz, mətin.
Poladdan yazırlar, məndən yazırlar,
Şəhidlik zirvəsi çətindir, çətin.
 
Aygün ananın dilindən; 
 
Yüz iyirmi səkkiz gün komada qaldın,
Dözərmi bu hala anan, gəl,  bala!?
Düşməndən vətənin qisasın aldın, 
Gələrəm yanına əziz gül balam.
 
Sən tarix yazmısan öz al qanınla, 
Qorudun yurdumu o pak canınla 
Fəxr edir xalqımız məğrur adınla , 
Cənnətə ucaldın , Tacəddin balam.

Rauf İlyasoğlu , 
" Həkəri " qəzetinin baş redaktoru.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ