SON DƏQİQƏ

Tarix yazan şəhidlərimiz - FOTO

Tarix:20-02-2022, 00:38

Təhməzov Pərvin İlqar oğlu 22.01.1997 ci ildə  Sumqayıt şəhərində anadan olub.Bir yaşından yeddi yaşına qədər Sumqayıt şəhər 64 saylı  məktəbə qədər  uşaq bağçasına getmişdir.
Birinci sinifdən on birinci  sinfə qədər   Vaqif İbrahimov adına Sumqayıt şəhər   35 saylı tam  orta məktəbində təhsil almış və orta məktəbi  bitirdiyi ili Qərbi Kaspian Unverstetinin filologiya üzrə ingilis dili fakültəsini  də uğurla başa vurmuşdur.
4 il bakalavr təhsili almışdır.Ali təhsilin başa vurduqdan sonra 13.07.2020 ildə həqiqi hərbi xidmətə  cagirilmişdır. Hərbi xidmətini  Goranboy rayonunun Aşağı Agca  kəndində yerləşən " N" saylı hərbi hissədə başlamışdır.
27 Sentyabr 2020 -ci ildə  başlayan vətən uğrunda döyüşlərdə mərdliklə sinəsini sipər edərək Kəlbəcər,  Ağdərə Suqovuşan, Ağuçuq istiqamətlərində gedən döyüşlərdə igidliklər göstərmişdir.
01.10.2020 ci il tarixində Şəhidlik zirvəsinə ucalmışdır.
2 ay 10 günün əsgəri olan Pərvin qəhrəmancasına şəhid olmuşdur. Qızğın döyüş vaxtı yaralı əsgər yoldaşlarını  düşmənlə üz-üzə neytral zonadan çıxardarkən özü də şəhid olmuşdur.
Anası Əsli xanımın dilindən; " Pərvin çox qabiliyyətli,təfəkkürlü və istedadlı idi.
Övladım olduğu üçün demirəm, həqiqətən çox vətənpərvər,ağıllı uşaq idi.
Bir dəfə də görmədim ki,böyüyün sözün qaytarsın, heç kimin xətrinə dəyməzdi. Pərvinin belə bir sözü var idi ki, ana,bir qarışqanı yarada bilmirsənsə,onu öldürmək olmaz.Qarışqanı da yaradan Allahdır.
Pərvinin arzuları ürəyində qaldı. Pərvin Dövlət Təhlükəsizlik xidmətində işləmək istəyirdi. Mənə deyirdi ki, ana, sən ömrü boyu əziyyət çəkmisən, zəhmətkeş olmusan.Hər çətinliyə sinə gərərək bizi  min bir əziyyətlə böyüdüb boya- başa çatdırmısan. Analar anası olmusan.
Allah qoysa, isə girim , qoymayacağam ki,əlini isti sudan soyuq suya vurasan. Bəsdir. İndi biz gərək sənin əziyyətini çəkək. Çox qədirbilən övlad idi. Uzaqgörən və təmkinli, xüsusilə də çox səbirli idi.Allah ona o qədər səbr vermişdi ki. Deyərdi ki,ana, hər şeyi gərək səbrlə həll edəsən.
Mən bir zaman haqsızlığa, qanunsuzluğa uğramışdım.İşimlə əlaqədar gedib gəlirdim.
Mənə deyirdi ki,ay ana, sən nə qədər mübariz qadınsan,mübariz anasan. Dediyindən dönmürsən. Daima irəli gedirsən.
Nə bilim, vallah, Pərvin nə yaşadı ki,  nə də görə. Vətənpərvər oğul idi.Pərvin kimi övladların görəcəyi gözəl günlər bundan sonra idi.
Sonda onu demək istəyirəm ki,mən fəxr edirəm ki,elə bir oğulun anasıyam. Elə bir övlad yetişdirdim ki, cəmiyyətə, vətənə dövlətimizə yararlı övlad oldu." 
Əziz şəhid anaları! Başınızı uca tutun.Şəhidlərimiz Allahın ən sevimli bəndələridir.Şəhidlərə dövlətimiz, xalqımız hər zaman hörmətlə, ehtiramla yanaşırlar.
Ali Bas Komandanımız, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Pərvin Təhməzov " Cəsur döyüşçü, Vətən uğrunda , Müharibə iştirakçısı və Suqovuşan medallari  ilə təltif olunmuşdur.
Əsrlər, qərinələr keçəcək,lakin şəhidlərimiz heç zaman unudulmayacaqdır.

Raif İlyasoglu                                                                                                        “XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ