SON DƏQİQƏ

Unudulmaz qəhrəmanlar

Tarix:4-03-2022, 00:49

Şəhid Məmmədov Müşviq Yusif oglu 10 sentyabr 1968- ci ildə Ermənistan Respublikasının Gorus ( keçmiş Qərbi Azərbaycanın Həris ) rayonunun Qurdqalaq kəndində  anadan olmuşdur.
Orta təhsilini qonşu Qubadlı rayonundakı 2 nömrəli orta məktəbdə almışdır.Sonra sovet ordusu sıralarında iki il xidmət etmişdir.
1988 - ci ildə  erməni quldurlarının fitnəkarlığı  və təcavüzkarlığı nəticəsində Qərbi Azərbaycanda yaşayan  soydaşlarımız öz dədə - baba yurdlarından didərgin düşərək  qovulmuşlar.
Həmin illərdə Musviqin ailəsi də erməni hökumətinin qara qüvvələrinin hökmü və təzyiqi nəticəsində Azərbaycana pənah gətirmişlər.
Azərbaycanlıların dədə - baba  torpaqlarına, əmlaklarına , qədim yurdlarına  sahib olan ermənilər havadarlarının köməkliyi ilə türkləri qətlə yetirir, olmazın əzablar verirdilər. 
Sovet İmperiyasının rəhbərləri isə bu cinayətkarlığa , vəhşiliyə göz yumaraq erməniləri silahlandiraraq nahaq qanlar tökmüşlər.
Ermənistandan didərgin düşmüş soydaşlarımız respublikamızın ayrı -ayrı rayon, kənd və qəsəbələrində məskunlaşmışlar.
El- oba yanqısiı ,vətən həsrəti Musviqi daha da hiddətləndirmisdi.
Könüllü olaraq batalyonlara yazıldı. Xocavənd rayonunun  və digər yaşayış məntəqələrinin azad olunmasında, ərazi bütövlüyümuzun qorunmasında  cəsarətlə döyüşərək igidliklər göstərdi.
Daşaltı əməliyyatında iştirak etdi. 
Düşmənin bir neçə əsgərini , " Niva" markalı avtomobilini məhf etdikdən sonra, iki yaralı əsgəri ,  döyüş dostunu xilas etdi.
Sonra bölmə komandiri Hidayət Əliyevin ağır yaralı olduğunu görüb ona tərəf süründü.
Düşmən isə ardı - arası kəsilmədən atəş açırdi.
Musviq patronu tükənənə qədər  imansız düşmənlərlə mərdliklə  döyüşdü.
Erməni yaraqlıları isə atəşin zəifləməsindən istifadə edərək Musviqi mühasirəyə almışdı.
Yaralı döyüşçümuz  isə sonuncu  əl qumbarasını hazır saxlamışdı. Düşmən isə Muşviqi üzük qaşı kimi mühasirəyə almışdı. Muhasirə halqası  get - gedə daralırdı .
Cəsur döyüşçü Müşviq  şərəfli ölümü əsirlikdən üstün tutaraq əl qumbarasını partlatdı. Necə - neçə erməni quldurları  həmin an cəhənnəmə vasil oldu. Bu partlayış onun da həyatına son qoydu.
26 yanvar 1992 - ci ildə Müşviq  Məmmədov Daşaltı kəndində əbədiyyətə qovuşdu., qəhrəmancasına həlak oldu. Ən uca zirvəyə Şəhidlik zirvəsinə ucaldı. 24 yaşlı Müşviq subay idi.
Onu da qeyd edim ki, Daşaltı əməliyyatında yüzlərlə seçmə igid oğullarımız milli satqınlarımızın ucbatından pusquya salındı. Amma şəhidlərimiz axıra qədər döyüşərək ana , bacılarımızın namusunu uca tutdular,vətəni kişitək  qoruyaraq əbədiyyata qovuşdular.
Musviqin dayısı oğlu Firuddinlə söhbət edərkən  ürək yanqısıyla kövrək xatirələrini söylədi.Onu da qeyd edim ki, Firuddinin qardaşı Şahin  də  44 günlük vətən müharibəsində ərazi bütövlüyümüzü qoruyarkən igidliklər göstərmiş və qəhrəmancasına vuruşaraq şəhid olmuşdur.
Musviqin, Şahinin  və döyüş dostlarının igidlikləri  heç zaman unudulmur.  Bu gün həqiqətən də Musviqin və cəmi şəhidlərimizin ruhu da şaddır.
44 günlük vətən müharibəsində igid oğullarımız qisasımızı alaraq Şuşamızı fəth etdilər. Bu gün Daşaltının və işğaldan azad olunmuş yurdumuzun  hər qarışına axmış  şəhid qanının yerində cənnət ətirli, solmayan  gül - çiçəklər bitib.
Allahdan cəmi şəhidlərimizə rəhmət diləyirik.
Əsrlər, qərinələr keçsə də , Müşviq , Elşən ,Polad,  Sənan, Asiman , Şükür, Xudayar, Cəfər , Nahid, və adlarını yazmaqla qurtarmayan igidlərimizin xatirəsi  heç zaman unudulmayacaqdır.

Rauf İLYASOĞLU

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ